Hədəfi böyük olanların liseyi

"Sağlam bədəndə sağlam ruh" parkur yarışı!

Apr 09, 2025
"Sağlam bədəndə sağlam ruh" parkur yarışı!

"Sağlam bədəndə sağlam ruh" parkur yarışı!

7 aprel 2025-ci il tarixində Hədəf STEAM Liseyində 7-ci sinif şagirdləri arasında Dünya Sağlamlıq Günü münasibətilə xüsusi tədbir keçirildi. Təbiət Elmləri kafedrası və İdman kafedrasının birgə təşkilatçılığı ilə reallaşan “Sağlam bədəndə sağlam ruh” adlı parkur yarışı həm fiziki aktivliyin təbliği, həm də şagirdlər arasında sağlam həyat tərzinə marağın artırılması məqsədi daşıyırdı.

Tədbirin əsas məqsədi uşaqlara sağlam həyat tərzinin vacibliyini aşılamaq, onların həm fiziki, həm də zehni inkişafını stimullaşdırmaq, eyni zamanda komanda ruhunu gücləndirmək idi. Hər bir iştirakçı yarışdan zövq almaqla yanaşı, sağlamlığın insan həyatı üçün nə qədər vacib olduğunu bir daha dərk etdi.

Tədbir boyu müəllimlər və məktəb rəhbərliyi də balabilgələrə dəstək oldu, onlara motivasiya verdi və yarışa maraqlı bir ab-hava qatdı. Sonda fərqlənən balabilgələr sertifikat və kiçik hədiyyələrlə mükafatlandırıldı.

Bu cür tədbirlərin keçirilməsi Hədəf STEAM Liseyində balabilgələrin hərtərəfli inkişafına, sağlam fərd kimi formalaşmalarına verdiyimiz önəmin bir nümunəsidir. “Sağlam bədəndə sağlam ruh” prinsipi ilə böyüyən gənclər cəmiyyətimizin sağlam gələcəyini təmin edəcək!