Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyi Nəsimi korpusunda “Balabilgənin qələmi”

May 24, 2025
Hədəf STEAM Liseyi Nəsimi korpusunda “Balabilgənin qələmi”

Hədəf STEAM Liseyi Nəsimi korpusunda “Balabilgənin qələmi” layihəsinin təqdimatı və eyni adlı yaradıcılıq klubunun açılış tədbiri baş tutdu.

“Balabilgənin qələmi” layihəsi iki aylıq maraqlı və məhsuldar layihə oldu. Bu müddət ərzində balaca yazarlarımız xəyal dünyalarını kağıza köçürdülər, sözün əsl mənasında qələmlərinə can verdilər. Münsiflər heyəti hekayələri diqqətlə oxuyaraq hər birinə xüsusi dəyər verdi. Nəticədə 30 seçilmiş hekayə toplanaraq kitab halına salındı.
“Balabilgənin sehrli səyahəti”nə yola çıxan tamaşaçılar bu layihə boyunca qalib hekayələrlə tanış oldular. Tədbirin sonunda müsabiqə iştirakçıları və qaliblər sertifikatlarla təltif olundu.
Azərbaycan, rus və ingilis bölmələrində təhsil alan II-IV sinifləri əhatə edən layihə uşaqların yazı bacarıqlarını inkişaf etdirmək, yaradıcı düşüncələrini təşviq etmək və emosional ifadə imkanlarını genişləndirmək məqsədilə həyata keçirilmişdir. Hekayə yazma prosesi vasitəsilə balabilgələr dil və ifadə bacarıqlarını inkişaf etdirir, təxəyyüllərini genişləndirir və fikirlərini yazılı şəkildə strukturlaşdırmağı öyrənirlər. Layihə eyni zamanda sosial bacarıqları və komanda işini gücləndirərək uşaqlara öz yaradıcılıqlarını ifadə etmək üçün müxtəlif imkanlar yaradır.