Hədəfi böyük olanların liseyi

Qurtuluş korpusunu 18 məzun bitirib

İyun 11, 2026
Qurtuluş korpusunu 18 məzun bitirib

Hədəf Liseyinin Qurtuluş korpusunda 2025–2026-cı tədris ilinin məzunlarına həsr olunmuş Son Zəng və məzuniyyət mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rizvan Nəbiyev və Nigar Məmmədova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron rayon sektoru üzrə müdiri Sənan Xəlilov, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Yaşam Beynəlxalq Məktəbinin direktoru Samir Həsənov, 7 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədzadə, Qarabağ qazisi Natiq Mehdiyev, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Mərasim Azərbaycanın tarixi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərini əks etdirən “Odlar Yurdu” kompozisiyası ilə başlayıb. Ardınca şagirdlərin təqdimatında tarixi şəxsiyyətlərin canlandırıldığı bədii səhnəcik nümayiş olunub.

Tədbirin bədii hissəsində gimnastika nömrələri, “Ana” kompozisiyası və “Uzundərə” milli rəqsi təqdim edilib. Daha sonra Dövlət Bayrağına həsr olunmuş xüsusi kompozisiya nümayiş etdirilib.

Mərasimdə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq məzunları təbrik edərək onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbir çərçivəsində liseyin 18 məzununa plaketlər təqdim olunub. Rəsmi qonaqlar çıxışlarında təhsilin əhəmiyyətindən, gənclərin cəmiyyətin inkişafındakı rolundan bəhs edərək məzunlara tövsiyələrini çatdırıblar.

Mərasim zamanı Hədəf Himni səsləndirilib, həmçinin sülh və ümid rəmzi olan göyərçinlər səmaya buraxılıb.

Ənənəvi Son Zəng mərasimində səslənən zəng məktəb həyatının başa çatmasını və məzunların yeni həyat mərhələsinə qədəm qoymasını simvolizə edib. Tədbir müəllim əməyinə həsr olunmuş “Əziz müəllim” kompozisiyası ilə yekunlaşıb.

Qeyd edək ki, bu il Hədəf Liseyinin Qurtuluş korpusunu 18 məzun bitirib.