Hədəfi böyük olanların liseyi

Sentyabrın 15-i Hədəf STEAM Liseyində Bilik Günü münasibətilə tədbir keçirilib.

Sen 16, 2023
Sentyabrın 15-i Hədəf STEAM Liseyində Bilik Günü münasibətilə tədbir keçirilib.

Sentyabrın 15-i Hədəf STEAM Liseyində Bilik Günü münasibətilə tədbir keçirilib.

hedefliseyi.edu.az xəbər verir ki, tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə elan olunub. Ardınca 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Təsisçi nümayəndəsi Zülfiyyə Sadıqova, baş direktorun elm və təhsil üzrə müavini Nizami Hüseynov, Hədəf Liseyi Bakı filialının icraçı direktoru Aytən Hüseynova, Hədəf Liseyi Abşeron filialının icraçı direktoru Cahid Hüseynov və Hədəf Liseyi Bakı filialının akademik direktoru Hidayət Allahverdi balabilgələri təbrik ediblər.

1-ci sinif balabilgələri “Adaptasiya Proqramı” çərçivəsində hazırlanmış müxtəlif səhnəcik və rəqs nömrələri göstəriblər.

Sonda Hədəfin Himni səsləndirilib, “Balabilgə andı” oxunub, ilk zəngin sədaları altında balabilgələr siniflərinə yola salınıb.

Bütün balabilgələrimizə yeni tədris ilində uğurlar diləyirik!