Hədəfi böyük olanların liseyi

Stars Campusda yeni Lisey bilgəsi seçildi!

Dek 24, 2025
Stars Campusda yeni Lisey bilgəsi seçildi!

Stars Campusda yeni Lisey bilgəsi seçildi!

Stars Campusda keçirilən Lisey bilgəsi seçkiləri bilik, liderlik və məsuliyyət ruhunda keçirildi. Demokratik şəraitdə baş tutan seçkilər balabilgələrin özünüifadə və liderlik bacarıqlarını bir daha nümayiş etdirdi.

Tədbir zamanı campusun icraçı direktoru Şəmsəddin Bəşər tərəfindən sinif bilgələrinə sertifikatlar və "Kitabevim.az"dan hədiyyə kuponları təqdim olundu.

Səsvermənin nəticəsinə əsasən balabilgəmiz Fateh Rəhimli Lisey bilgəsi adına layiq görüldü. Bilgə sertifikatını isə ümumi işlər üzrə icraçı direktor Nizami Hüseynov tərəfindən təqdim edildi.
Ənənəyə sadiq qalaraq Nəsimi korpusunun Lisey bilgəsi Bilgə papağını Fateh Rəhimliyə təqdim etdi; bu an tədbirin ən yaddaqalan məqamlarından biri oldu.

Yeni Lisey bilgəmizə uğurlar arzulayır, bütün balabilgələrimizin yolunun açıq olmasını diləyirik!