Hədəfi böyük olanların liseyi

STEAM Qış Düşərgəsi 2024

Fev 01, 2024
STEAM Qış Düşərgəsi 2024

hedefliseyi.edu.az xəbər verir ki, Hədəf STEAM Liseyinin Abşeron filialında 29 – 31 yanvar tarixlərində baş tutan “STEAM qış düşərgəsi” yekunlaşıb.

Şagirdlərimiz 3 gün valideynlərindən uzaqda əyləncə dolu günlər yaşayıblar.

Kamp iştirakçılarına STEAM əsaslı dərs nümunələri göstərilib, balacalar şəhər turuna çıxıblar.

“Simurq” kukla teatrının aktyorları tərəfindən “Qoğal” tamaşası oynanılıb.

Aktiv keçən düşərgəmizdə bilik yarışı da təşkil olunub. Qruplara bölünən uşaqlara dünyagörüş, mədəniyyət, idman, musiqi ilə bağlı suallar verilib. Hər doğru cavab bir balla qiymətləndirilib. On bir komanda arasından ən çox suala cavab verən üç komandanın iştirakçıları medalla təltif olunublar.

Şagirdlər müəllimlərin nəzarəti ilə asudə vaxtlarda hotelin qapalı hovuzu, fitnes zalı, qapalı tennis kortu və oyun meydançasından istifadə ediblər. İştirakçılar arasında “playstation” yarışı keçirilib. Liseyin idman zalında müxtəlif oyunlar, o cümlədən futbol oynayıblar

3 gün içində iştirakçılarımız həm əyləniblər, həm də maraqlı, interaktiv, öyrədici vaxt keçiriblər.

Sonda iştirakçılara Hədəf Beynəlxalq Kembric Məktəbinin sertifikatı verilib.