Türkiyənin tanınmış sosial antropoloqu, “Türk Dünyası İlin Yazarı” mükafatı (2018), əsərləri Türkiyədə dövlət qurumları tərəfindən təqdir edilən, həmçinin “Adam olmuş çoçuklar”, “Çanakkale Destanı”, “Kahraman kadınlarımız” və bir çox bədii roman yazarı, psixoloji və fəlsəfi mühazirələr müəllifi, müəllim Suat Turqut Hədəf STEM Liseyinin Bakı və Abşeron filiallarının qonağı oldu.
Hər iki filialımızda böyük hörmət və sevgi ilə qarşılanan Suat Turqutun balabligələrlə maraqlı görüşləri oldu. Liseyimizin müxtəlif sinif otaqlarında balabilgələrimizlə həmsöhbət oldu. Balabilgələr sevimli kitablarının müəllifindən imza aldılar. Suat bəy müəllimlərimizlə də fikir mübadiləsi apardı. Görüş xoş xatirələrlə yekunlaşdı.
Hədəf hədəfi böyük olanların liseyidir!