Hədəfi böyük olanların liseyi

Testologiya təlimi başa çatdı!

İyul 02, 2024
Testologiya təlimi başa çatdı!

29 iyun 50-dən çox müəllimin iştirakı ilə 4 saatlıq Testologiya təlimi keçirildi. Hədəf Şirkətlər Qrupunun Baş direktoru, dosent Şəmil Sadiq iştirakçıları salamlayaraq uğurlar arzuladı. Hədəf STEAM Liseyinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov aşağıdakı mövzular barədə çıxış etdi:

• Onlayn proqramlar;
• İdeal sual;
• Test hazırlama mərhələləri;
• İmtahan tipləri;
• Sual tərtibi zamanı yol verilən yanlışlar;
• Test formaları;
• Yeni tipli suallar və s.

Həmçinin iştirakçılarla bu mövzular haqqında müzakirələr aparıldı. Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olundu.

Növbəti təlimlərimizdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.