Hədəfi böyük olanların liseyi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Pedaqoji Şuranın iclasında iştirak etdi.

Fev 17, 2025

Pedaqoji Şuranın iclasında liseyin fəaliyyət istiqamətləri və yarımillik nəticələri müzakirə olunub. İlk olaraq lisey bilgələrinin lisey haqqında fikirləri dinlənilib, onların təhsil mühiti və imkanları ilə bağlı rəy və təklifləri nəzərə alınıb.

Daha sonra akademik direktorlar liseyin akademik göstəriciləri barədə geniş hesabat təqdim ediblər. Lisey bilgələrinin imtahan nəticələri, KİQ və BİQ nəticələri, buraxılış imtahanına hazırlıq siniflərinin hesabatları təqdim edildi. Siniflər və fənlər üzrə müqayisələr, təhlillər aparıldı. İcraçı direktorlar isə sosial layihələr və liseyin sosial nəticələri haqqında çıxış edərək görülən işlər və perspektivlər barədə məlumat veriblər. Filial müdirlərinin hesabatları dinlənildi və müzakirə olundu. Şəmil Sadiqin hesabatlarla bağlı ümumi qeydləri oldu. Növbəti ildə tədrisin keyfiyyətini daha da artırmaq üçün bir neçə məqama xüsusi diqqət olundu.

İclasın sonunda qurucu direktor Şəmil Sadiq Pedaqoji Şuranın fəaliyyəti və liseylərin yarımillik uğurları ilə bağlı fikirlərini bölüşüb, gələcək inkişaf strategiyalarına toxunub.