Hədəfi böyük olanların liseyi

Türkiyəli tələbələr Hədəf STARS Liseyini ziyarət ediblər

Dek 08, 2025
Türkiyəli tələbələr Hədəf STARS Liseyini ziyarət ediblər

Hədəf Liseyi xəbər verir ki, Memarlıq və İnşaat Universitetinin qardaş Türkiyədən olan 15 tələbəsi Hədəf Liseyini ziyarət edib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filoloq-alim Şəmil Sadiq tələbələrlə səmimi söhbət edib, Türk dünyasının birliyi istiqamətində atılan addımlardan, təhsil-mədəniyyət, gənclərlə iş sahəsində inteqrasiyanın vacibliyindən danışıb. Bildirilib ki, ötən həftə Bakıda təsis olunan "Turan Balabilgə Akademiyası" da bu mənada xüsusi əhəmiyyət daşıyır.

Tələbələr Hədəf STARS Liseyini gəzib, yaradılan ən müasir tədris və innovativ şəraitlə tanış olub, yeni yaradılan "Turan çadırı"nda xatirə şəkili çəkdiriblər.

Memarlıq və İnşaat Universitetinin müəllimi, Hədəf Liseyinin ilk məzunularından olan Zibeydə Quliyeva heykəltaraş Vüqar Quliyevin "Qızıl Alma" əsərini Hədəf Liseyinə hədiyyə edib.