Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində I yarımil nəticələri üzrə valideyn iclasları keçirildi!

Fev 10, 2025
Hədəf STEAM Liseyində I yarımil nəticələri üzrə valideyn iclasları keçirildi!

 Hədəf STEAM Liseyində I yarımil nəticələri üzrə valideyn iclasları keçirildi!

 8 fevral tarixində Hədəf STEAM Liseyinin Nəsimi korpusunda 2024-2025-ci tədris ilinin I yarımili ilə bağlı valideyn iclası keçirildi. İclasın əsas özəlliyi liseyin unikal yanaşması olan balabilgə təqdimatları oldu. I-VIII sinif balabilgələri valideynlər və lisey rəhbərliyi qarşısında çıxış edərək özünüifadə, tənqidi düşüncə, nitq qabiliyyəti, özgüvən və liderlik bacarıqlarını nümayiş etdirdilər.

 Balabilgə təqdimatları – Şagirdlərin liseydə qazandıqları bilik və bacarıqların hesabatını, özünütənqid və inkişaf istiqamətlərini əhatə etdi.
 Sinif rəhbərlərinin hesabatı – Akademik və analitik müşahidələrin valideynlərə təqdimatı, sosial və akademik inkişafın müzakirəsi aparıldı.
 İclasın əsas mövzuları:
 Respublika və beynəlxalq olimpiadalar, qəbul-güzəşt imtahanı və Cambridge Checkpoint imtahanı ilə bağlı elanlar;
 Liseyin elektron platformasının (mis.edu.az) valideyn, müəllim və şagirdlər tərəfindən istifadəsi;
 Fənn müəllimləri ilə fərdi görüşlər;
 Balabilgələrin ekskursiyaları, dərnəklər və layihələrdə iştirakı.

İclasın sonunda fənn müəllimləri ilə birgə hazırlanan praktiki təcrübələr təqdim edildi. Valideynlərimiz BIAAM (Analitik və Akademik Göstəricilər) əsasında balabilgələrin inkişafını təhlil edərək müəllimlərlə görüşlər keçirdilər. Balabilgələr bu yarımildə əldə etdikləri bilikləri debatar, praktiki nümunələr və təqdimatlar vasitəsilə valideynlərinə nümayiş etdirdilər.

 Eyni zamanda, “HəmÜrək” xeyriyyə yarmarkasına dəstək olan valideynlərimizə təşəkkürnamələr təqdim olundu.

 Hədəf STEAM Liseyi olaraq bütün valideynlərimizə övladlarının təhsilinə verdikləri dəstəyə görə minnətdarlığımızı bildiririk!