Hədəfi böyük olanların liseyi

Ankara səfəri qardaş liseyimiz olan Nəsibə Aydın Okulları ilə təcrübə mübadiləsi və Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə həyata keçirilib.

Okt 31, 2025
Ankara səfəri qardaş liseyimiz olan Nəsibə Aydın Okulları ilə təcrübə mübadiləsi və Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə həyata keçirilib.

Ankara səfəri qardaş liseyimiz olan Nəsibə Aydın Okulları ilə təcrübə mübadiləsi və Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə həyata keçirilib.

Hədəf STEAM Liseylərinin nümayəndə heyəti Ankarada həyata keçirilən üç günlük təcrübə proqramını uğurla yekunlaşdıraraq Bakıya qayıdıb. Səfər çərçivəsində nümayəndələr Türkiyənin qabaqcıl təhsil müəssisələrindən biri olan Nəsibə Aydın Okulları ilə əməkdaşlıq çərçivəsində bir sıra məhsuldar görüşlər və təcrübə mübadiləsi proqramlarında iştirak ediblər.

Təcrübə proqramı müddətində nümayəndə heyəti dərs dinləmələri, idarəetmə modeli, maliyyə və mühasibatlıq sistemləri, insan resursları, ölçmə və dəyərləndirmə mexanizmləri, sosial media idarəçiliyi və kommunikasiya strategiyaları sahəsində Nəsibə Aydın Okullarının iş təcrübəsi ilə yaxından tanış olub.
Təcrübə proqramında Hədəf Liseylərini ümumi işlər üzrə direktor Nizami Hüseynov, akademik direktor Püstəxanım Səfərova, Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadə, Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli, həmçinin Hədəf Şirkətlər Qrupunun Marketinq müdiri Gülzar Nəbiyeva təmsil ediblər.
Səfər zamanı nümayəndələr məktəbin tədris mühiti, laboratoriya və idman infrastrukturu, kitabxana və texnoloji imkanlarını yerində müşahidə ediblər. Görüşlərdə Mirkan bəy, Nəsibə xanım, Mete bəy, Ebru xanım, Kemal bəy və Mehmet Cantekin bəy kimi təcrübəli təhsil rəhbərləri ilə fikir mübadiləsi aparılıb.

Proqram çərçivəsində Hədəf Liseyləri heyəti Türkiyənin 29 Oktyabr – Cümhuriyyət Bayramı tədbirində iştirak edərək balabilgələrin təbriklərini qardaşlaşmış məktəbin müəllim, şagird və valideynlərinə çatdırıb.

Bu səfərin məqsədi iki qardaş ölkənin təhsil müəssisələri arasında ortaq dərs və idarəetmə görüşləri vasitəsilə təcrübə mübadiləsini inkişaf etdirmək, tədris keyfiyyətini yüksəltmək və yeni layihələrə imza atmaqdır.