Hədəfi böyük olanların liseyi

Hədəf Hazırlıq Məktəbi

Hədəf Hazırlıq Məktəbi

Hədəf Hazırlıq Məktəbi – 9–11-ci sinif şagirdləri üçün Hədəf Liseyi və Hədəf Kurslarının birgə layihəsi olaraq fəaliyyət göstərən, kursəsaslı ilk hazırlıq məktəbidir. Bu model Azərbaycanın təhsil sahəsində bir yenilik olmaqla artıq uzun illərdir, uğurla tətbiq olunur.

Hazırlıq Məktəbində şagirdlər həftəiçi hər gün məktəb proqramı çərçivəsində sistemli şəkildə hazırlıq keçirlər. Eyni məkanda həm buraxılış imtahanı fənləri (attestat), həm DİM istiqaməti, həm yerli və xarici universitetlərin qəbul imtahanları, həm də beynəlxalq imtahanlara (SAT, TR-YÖS və s.) kompleks hazırlıq imkanı yaradılır.

18 ildir ki, abituriyent hazırlığı sahəsində fəaliyyət göstərən Hədəf Kursları bu istiqamətdə ciddi nailiyyətlər əldə edib. Minlərlə abituriyentin ali məktəblərə qəbulunda rol oynayan, 10-dan çox Azərbaycan birincisi, yüzlərlə 600+ bal toplayan şagird yetişdirən peşəkar müəllim heyətinin təkrarolunmaz proqramı artıq 6 ildir ki, Hədəf Liseyində tətbiq olunur. Bu yanaşmanın nəticəsi olaraq 6 buraxılışı olan Hədəf Liseyinin məzunları 100 % nəticə ilə ali məktəblərə qəbul olublar.

Bu birgə layihəyə qoşulmaqla valideynlər həm büdcəyə, həm vaxta qənaət edir, şagirdlər isə gələcəklərini etibarlı, peşəkar və fədakar müəllim heyətinə həvalə etmiş olurlar.

Müasir dövrdə şagirdlərin həm məktəbə, həm kursa, bəzən isə fərdi müəllimlərə getməsi ciddi fiziki və psixoloji yorğunluq yaradır. Uzun yol, qeyri-müntəzəm qidalanma, ağır dərs qrafiki və gərginlik bir çox hallarda motivasiya itkisinə, stresə səbəb olur. Hədəf Hazırlıq Məktəbi isə bu problemi aradan qaldıraraq vahid və balanslaşdırılmış tədris modeli təqdim edir.

Bu model sayəsində valideynlər övladları üçün dərsdən icazə almaq məcburiyyətində qalmır, hər ay keçirilən sınaq və monitorinqlərlə bilik səviyyəsini izləyə bilir, məsul şəxslərdən müntəzəm hesabat alır, övladlarının təhlükəsizliyinə tam əmin olurlar.

Hədəf Hazırlıq Məktəbi sadəcə hazırlıq deyil, planlı gələcək, sağlam mühit və nəticəyə fokuslanan təhsil modelidir.

Bu layihə şagirdlərə aşağıdakıları vəd edir:

- Buraxılış, Blok və ya SAT / TR-YÖS imtahanlarına hazırlıq;

- Həftəlik 30 saat hazırlıq proqramı;

- Sağlam qidalanma;

- Hədəf Nəşrlərinin dərs vəsaiti ilə təminat;

- Məktəbli geyimi;

- İl ərzində 10 sınaq imtahanı və statistik nəticələr;

- Peşə sahələri üzrə ekskursiyalar;

- İxtisas seçimində və kodlaşdırmada mütəxəssis dəstəyi;

- Psixoloji dəstək;

- Aktiv sosial mühit.

Tədris iki dildə – Azərbaycan və rus dillərində (tədris proqramı əlavə ediləcək) aparılır. Dərslər həftənin 5 günü 8:30–14:30 aralığında keçirilir.

Hədəf Hazırlıq məktəbi 5 korpusda fəaliyyət göstərir:

  • Hədəf liseyi Bakı filialı Nəsimi korpusu (Nəsimi ray.,Tbilisi pr 72)
  • Hədəf liseyi Bakı filialı Xətai korpusu (Xətai ray., M.Hadi 51)
  • Hədəf liseyi Bakı filialı Qarayev korpusu (Nizami ray., Tofiq Abbasov 38)
  • Hədəf liseyi Abşeron filialı Qurtuluş korpusu (Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi)
  • Hədəf liseyi Abşeron filialı Sumqayıt korpusu (9-cu mkr, Sərvər Bədəlbəyli küç., 50/56)