Hədəfi böyük olanların liseyi

Rəsm

Rəsm

Sənət – həyatın içindən çıxan bir insan fəaliyyəti olaraq insanlıqla həmyaşıd olduğunu deyə biləcəyimiz bir sahədir. Elm kimi, sənət də insanın öyrənmə həvəsindən, təbiət hadisələrinə hakim olmaq istəyindən doğulub. Qədim zamanlardan bu günə qədər “sənət” sözünün zaman içində əldə etdiyi mənalar dəyişsə də, insanoğlunun ortaya qoyduğu məhsulların təbiətin məhsullarına qarşı üstün olmasına səbəb texniki ustalıq və hisslər vasitəsilə dərk etdiyimiz cisimləri sirli bir estetik dillə çatdırmasındadır. Hədəf Liseyi gələcəyin alim və mühəndislərinin təxəyyüllərini zənginləşdirmək üçün elm, texnologiya, mühəndislik və riyaziyyat tədrisinə yaradıcılıq tədrisini də əlavə edir.

Sənət istiqaməti

Hədəf Liseyində balabilgələrin estetik duyumlarının inkişafı da diqqət mərkəzindədir. Onlar dünyanı sənət vasitəsilə təsvir və təsəvvür etmək üçün koqnitiv, vizual, eşitmə və toxunma hisslərini estetik ifadəyə çevirəcəkləri dərslər keçirlər. Dərs mövzusunu ətraflı müzakirə etdikdən sonra düşüncə, müşahidə və qənaətlərini yoldaşları ilə bölüşür, daha sonra onları təsviri incəsənətin, teatr və musiqi sənətinin köməyilə ifadə edirlər.

Hədəf Liseyində balabilgələrin incəsənətin müxtəlif növləri üzrə qabiliyyətləri aşkara çıxarılır, həyata estetik yöndən baxmaq bacarığı formalaşdırılır və sənətlə bağlı müzakirələr aparan, mədəni tədbirlərdə iştirak etməyə həvəsli balabilgələr yetişdirilir.

Hədəf Liseyi olaraq balabilgələrin sənətə bağlı olmalarının vacibliyini bildiyimiz üçün onları daima muzey və sərgilərə aparır, görkəmli sənətkarlarla görüşlərini təşkil edirik. Sənət atelyelərimizdə balabilgələrimizin maraq istiqamətlərinə görə rəssamlıq, fotoqrafiya, karikatur, miniatür, ebru, musiqi, teatr, toxuculuq, dulusçuluq, rəqs və sənətin digər növlərinə üstünlük veririk. Texnoloji imkanlarımızdan istifadə etməklə balabilgələrimiz sənətlə rəqəmsal vasitələrlə də məşğul olurlar.

Sənət dərsində:

  • Hər balabilgənin yaradıcı yönü aşkarlanıb inkişaf etdirilir.
  • Metodologiyamızda fərdi yanaşmalara üstünlük verilir.
  • Vizual məşğələlərdə yaddaş və rəng duyumları inkişaf etdirilir.
  • Hər məkan sənətin icra yeri olaraq görülür.
    Təməl sənət bilgiləri balabilgələrin yaş qrupu və qabiliyyətlərinə görə tətbiq edilir.
  • Balabilgələrimizin sənət işlərinin ölkədə və xaricdə keçirilən sərgilərdə sərgilənməsi ilə onlara güvən qazandırılır.