HƏDƏF STEAM LİSEYİNDƏ TƏHSİLHAQQI GÜZƏŞTLƏRİ
“Hədəf STEAM Liseyi” MMC balabilgələrin stimullaşdırılması və təhsilinə dəstək məqsədilə təhsil haqqına güzəştlər tətbiq edir. Müxtəlif sosial qruplardan olan, istedadlı balabilgələr aşağıdakı güzəştlərdən yararlana bilərlər:
Hər il keçirilən qəbul-güzəşt imtahanının nəticələrinə əsasən həm Hədəf Liseyində təhsil alan, həm də kənardan müraciət edən şagirdlər təhsilhaqqına 10%–100% arası güzəşt əldə edə bilərlər.
Azərbaycan dilində təhsilin təşviqi, eləcə də istedadlı və yüksək nəticə göstərən şagirdlərin dəstəklənməsi məqsədilə müxtəlif güzəştlər və imtiyazlar tətbiq olunur. Qəbul güzəştləri yalnız Azərbaycan bölməsi üzrə təhsil alacaq şagirdlərə şamil edilir.
Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən:
Qeyd: Güzəşt imtahanı ilə bağlı ətraflı məlumat əldə etmək üçün linkə keçid edin
Bu güzəştlər “YAŞAT” Fondu vasitəsilə tətbiq olunur.
Qeyd: Güzəştlər 1 illik müddətə şamil olunur və hər il yenidən nəzərdən keçirilir.
Hədəf Şirkətlər Qrupuna daxil olan istənilən şirkətdə fəaliyyət göstərən əməkdaşların övladları üçün 30 % güzəşt tətbiq edilir. Hədəf Liseyində çalışan işçilərin övladları üçün 40 % güzəşt tətbiq edilir.
Bir ailədən (sadəcə qardaş-bacı) ikinci uşağa görə 10 %, üçüncü və daha çox uşağa görə hərəsinə 15 % güzəşt edilir. Təhsil alanların təhsil haqları arasında fərq olduqda endirim ən aşağı təhsilhaqqına uyğunlaşdırılır.
Hədəf Şirkətlər Qrupunun (kurs və lisey) məzunlarının övladlarına 10 % məzun endirimi olunur. Məzun endirimindən istifadə etmək üçün məzun olduğunu təsdiq edən sənəd və ya məzun olduğu filialın rəhbərinin rəyi təqdim edilməlidir.
Hədəf Kursları və ya Balabilgə Uşaq Bağçasının məktəbəqədər hazırlığından gələn şagirdlərə 10 % güzəşt tətbiq edilir.
Respublika fənn / layihə olimpiadalarında və beynəlxalq fənn / layihə olimpiadalarında ilk üç yeri tutmuş mərkəzin cari şagirdlərinin (növbəti dərs ilindən başlamaqla) və ya yeni müraciət edən şagirdlərin illik təhsilhaqqına aşağıdakı qaydada endirim, güzəştlər tətbiq olunur:
Beynəlxalq riyaziyyat olimpiadası (IMO); Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO); Avropa qızlar riyaziyyat olimpiadası (EGMO); Beynəlxalq fizika olimpiadası (IPHO); Avropa fizika olimpiadası (EUPHO); Asiya fizika olimpiadası (APHO); Beynəlxalq kimya olimpiadası (ICHO); Beynəlxalq Mendeleyev kimya olimpiadası; Beynəlxalq biologiya olimpiadası (IBO); Beynəlxalq informatika olimpiadası (IOI)
I yer – 100 %
II yer – 70 %
III yer – 50 %
I yer – 100 %
II yer – 70 %
III yer – 50 %
Qeyd: a-b bəndlərində nəzərdə tutulan endirimlər tam orta təhsil müddətində tətbiq olunur.
I yer – 60 %
II yer – 40 %
III yer – 20 %
I yer – 100 %
II yer – 70 %
III yer – 50 %
Qeyd: c-d bəndlərində nəzərdə tutulan endirimlər ümumi orta təhsil müddətində tətbiq olunur.
SEAMO, PIMSO, SIMSO, WMI, GMEC, TEENEAGLE
I yer – 60 %
II yer – 40 %
III yer – 20 %
SEAMO, PIMSO, SIMSO, WMI, GMEC, TEENEAGLE
I yer – 50 %
II yer – 20 %
III yer – 10 %
SAF – STEAM, SABAHIN ALİMLƏRİ, AZERCELL CUP
I yer – 70 %
II yer – 50 %
III yer – 30 %
Qeyd: e-h bəndlərində nəzərdə tutulan endirimlər növbəti təhsil ili üçün tətbiq olunur.
Olimpiadalarda fərdi şəkildə qazanılan qalibiyyətlər nəzərə alınır.
Valideynlərindən birini itirmiş şagirdlər üçün 10 %, hər iki valideynini itirmiş şagirdlər üçün 40 % güzəşt tətbiq edilir.
Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlıq müqaviləsi bağlamış şirkətlərin çalışanları həmin şirkətin arayış və niyyət məktubunu təqdim etdikləri halda həmin şəxslərin övladlarına 10 % güzəşt tətbiq edilir.
İllik təhsilhaqqı tam və ya hissə-hissə ödənilə bilər. Birdəfəlik tam ödənişlərə 5 % güzəşt tətbiq edilir.
Qeyd:
Heç bir halda güzəştlər toplanılmır. Ən yüksək güzəşt tətbiq edilir.
Hansısa müsabiqə və ya bilik yarışları olimpiada statusu daşımır.
Hədəf STEAM Liseyində təhsil aldığı ildən asılı olmayaraq güzəşt cari ilin təhsil haqqı üzərindən hesablanılır
Bütün güzəştlər layihənin elan olunduğu tarixlərdə keçərlidir.
Birgə layihə üzrə müəyyən edilmiş məbləğ kampaniya qiymətləridir, bu siniflər üzrə güzəştlər əsas təhsilhaqqı üzərindən hesablanır.
*İstedad və qəbul güzəşti istisna olmaqla digər güzəştlərin cəmi 20 %-i aşmamalıdır.