Hədəf Konseptinin hədəflədiyi insan yetişdirmək düşüncəsinin əsaslı şəkildə həyata keçməsi üçün məktəb balabilgələrinin bir-birini anlaması, sevməsi, dəyərləndirməsi, yardım etməsi, gələcək fəaliyyətlərində də birlik nümayiş etdirməsi, komanda işi anlayışının yaranmasına xidmət məqsədilə yaranan Balabilgədən-balabilgəyə yanaşmasıdır. Balabilgələr arasında ünsiyyət yaranır, bir-birini tanıyır, bir-birinə hörmət edir, onların arasında yaranan problemlərin sayı azalır. Hədəf Konsepti isə Balabilgədən-balabilgəyə metodunu “Bilgə dost” adlandırır.
Bilgə dost məktəbin yuxarı sinif balabilgələridir ki, bütün siniflər özündən yuxarı sinifl ərdə oxuyan balabilgələrə “bilgə dost” deyə müraciət edir. Bundan başqa isə bilgə dostlar 5-ci sinifdən başlayaraq 11-ci sinfə qədər özündən aşağı siniflərə təhkim edilir. Məsələn, 5-ci siniflər
1-ə, 6-cı siniflər 2-yə, 7-ci siniflər 3-ə, 8-ci siniflər 4-ə, 9-cu siniflər 5-ə, 10-cu siniflər 6-ya, 11-ci siniflər 7-yə bilgə dost olur. Bir növ “qardaşlaşmış siniflər” olurlar.
Bilgə dostlar müəyyən vaxtlarda sinfin köməkçi müəlliminin nəzarəti ilə təhkim olunduğu siniflə ünsiyyətdə olur, onlara tövsiyələr verir, milli və bəşəri dəyərləri aşılayır, onların problemlərinə öz dilləri ilə kömək edir. Bu da yuxarı siniflərin məsuliyyətə cəlb edilməsi, onlarda liderlik
və özünüifadə imkanlarını formalaşdırır. Bu cür metodla ən çətin tərbiyə olunan uşaqları belə idarə etmək asan olur. Sınaqdan çıxarıldığı üçün bunun təhsildə çox faydalı olacağına əminik. Digər tərəfdən isə balabilgələr arasında sıx bağ yaradaraq, onların birgə fəaliyyətini stimullaşdırır.
Siniflər arasındakı bu münasibətə “qardaşlaşmış siniflər” də deyə bilərik.