Hədəf Liseyinin bütün filiallarında (Azərbaycan, rus və ingilis bölmləri üzrə) qəbul prossesi şagirdlərin yaş xüsusiyyətləri, akademik səviyyəsi və psixoloji hazırlığı nəzərə alınmaqla mərhələli şəkildə aparılır:
1–2-ci siniflər üzrə qəbul
- şagirdlə müsahibə;
- psixoloqla görüş.
Bu mərhələdə uşağın ünsiyyət bacarıqları, inkişaf səviyyəsi və məktəb mühitinə adaptasiya imkanları qiymətləndirilir.
3–11-ci siniflər üzrə qəbul
- yazılı imtahan;
- psixoloqla görüş.
İmtahan nəticələri şagirdin bilik səviyyəsini, psixoloqla görüş isə onun emosional və sosial hazırlığını müəyyən etməyə xidmət edir.
Hədəf STEAM Liseyi 2026–2027-ci tədris ilində Azərbaycan bölməsi üzrə təhsil almaq istəyən şagirdlər üçün 19 aprel tarixində qəbul imtahanı keçirəcək.
Azərbaycan dilində təhsilin təşviqi, eləcə də istedadlı və yüksək nəticə göstərən şagirdlərin dəstəklənməsi məqsədilə müxtəlif güzəştlər, imtiyazlar tətbiq ediləcək. Qəbul imtahanı hazırda 4–10-cu siniflərdə təhsil alan və 5–11-ci siniflərə qəbul olmaq istəyən şagirdlər üçün nəzərdə tutulub
Qeyd: Güzəşt imtahanı ilə bağlı ətraflı məlumat əldə etmək üçün linkə keçid edin
Qəbul prosesi şəffaflıq, obyektivlik və şagirdin fərdi inkişaf xüsusiyyətləri əsas götürülməklə həyata keçirilir. Məqsəd hər bir şagird üçün uyğun və keyfiyyətli təhsil mühitinin təmin olunmasıdır.
Hədəf Stars International School
Hədəf Stars International Schoolda qəbul məktəbəqədər hazırlıq və 1–9-cu siniflər üzrə həyata keçirilir.
Tədris Kembric beynəlxalq proqramı əsasında təşkil olunur və şagirdlərin akademik bilikləri ilə yanaşı tənqidi düşünmə, araşdırma, praktik bacarıqlarının inkişafına yönəlib.
Qeyd: Hədəf Liseyində istedad güzəştinin şərtləri ilə tanış olmaq üçün linkə keçid edin.
Hədəf STARS Campus
Hədəf STARS Campusda qəbul aşağıdakı proqramlar üzrə aparılır:
- BLS-1 proqramı: 1–8-ci siniflər;
- BLS-2 proqramı: 2–8-ci siniflər;
- IB (International Baccalaureate) proqramı: məktəbəqədər hazırlıq və 1–5-ci siniflər.
Qeyd: Hədəf Liseyində istedad güzəştinin şərtləri ilə tanış olmaq üçün linkə keçid edin.