Hədəf STEAM Liseyində 2026–2027-ci tədris ilində təhsil almaq istəyənlər üçün 19 aprel tarixində qəbul imtahanı keçiriləcək. İmtahan 4–10-cu siniflərdə oxuyan (5–11-ci siniflərə qəbul olmaq istəyən) şagirdlər üçün Azərbaycan bölməsi üzrə nəzərdə tutulur.
İmtahan nəticələrinə əsasən Azərbaycan dilində təhsilin təşviqi və istedadlı şagirdlərə dəstək məqsədilə güzəştlər tətbiq ediləcək.
Qəbul-güzəşt imtahanı 3 fənn üzrə keçirilir:
Azərbaycan dili – 30 sual;
Riyaziyyat – 30 sual;
İngilis dili – 30 sual.
IV – VII siniflər üzrə suallar şagirdin təhsil aldığı tədris ili mövzularını 60 %, öncəki illərin mövzularını 40 % əhatə edir. VIII–X siniflər üçün imtahan mövzuları DİM-in buraxılış imtahanı proqramları əsasında müəyyən edilir.
İmtahan müddəti 180 dəqiqə nəzərdə tutulur.
Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən:
- Hər sinif üzrə 1-ci yer (90 % + nəticə göstərən balabilgələr arasında) – 100 % güzəşt;
- Hər sinif üzrə 2-ci yer (80 % + nəticə göstərən balabilgələr arasında) – 70 % güzəşt;
- Hər sinif üzrə 3-cü yer (80 % + nəticə göstərən balabilgələr arasında) – 50 % güzəşt;
- Hər sinif üzrə 4-cü yer (70 % + nəticə göstərən balabilgələr arasında) – 30 % güzəşt;
- Hər sinif üzrə 5–6-cı yerlər (70 % + nəticə göstərən balabilgələr arasında) – 20 % güzəşt;
- Hər sinif üzrə 7–10-cu yerlər (50 % + nəticə göstərən balabilgələr arasında) – 10 % güzəşt.
Güzəştlərlə bağlı əlavə qeydlər
- Güzəştlər heç bir halda toplanılmır, ən böyük güzəşt nəzərə alınır. Bütün güzəştlər elmi-pedaqoji şuranın təyin etdiyi əsas məbləğlər üzərindən hesablanılır.
- 50 %–70 % güzəşt əldə etmiş şagirdlərin ödənişləri hissələrə bölünmür, birdəfəlik ödənilir və bu zaman birdəfəlik ödəniş güzəştindən istifadə edilmir.
- Hazırda Hədəf STEAM Liseyində təhsil alan şagirdlərin də güzəşt imtahanında iştirak etmə hüququ var və bu zaman onlarla kənar şagirdlər arasında heç bir fərq nəzərdə tutulmur.
- Bütün güzəştlər 2026–2027-ci tədris ilinin təsdiq edilmiş təhsil ödənişi məbləği üzərindən aparılır.
- Güzəşt imtahanında qazanılan güzəşt bir il üçün keçərlidir və hər il keçirilən güzəşt imtahanında əldə edilən bilik nəticəsinə görə təyin edilir.
- Qazanılan güzəşt 31 may tarixinə qədər qüvvədədir. Bu müddət ərzində müqavilə bağlanılmasa, güzəşt ləğv edilir.
- İmtahana giriş kuponunu Hədəf Liseyi və Hədəf Kursu filiallarından əldə edə bilərsiniz.
- Güzəşt imtahanına qeydiyyat 10 fevral–17 aprel tarixlərində davam edəcək.
- Güzəşt imtahanına giriş kuponunun qiyməti 10 AZN-dir.