Xalqımızın qəhrəmanlıq, şərəf tarixində
yer alan şəhidlərimizi daha
yaxından tanımaq və tanıtmaq məqsədilə
keçirilən müsabiqədir. Xocalı faciəsi,
20 Yanvar, Qarabağ müharibəsi
şəhidlərinə həsr olunan bu müsabiqə
balabilgələrdə vətənpərvərlik hissi, milli-
mənəvi dəyərlərin formalaşması və
inkişafı məqsədini daşıyır. Balabilgələr şəhidlər, milli qəhrəmanlar və
müharibə iştirakçılarından birini seçməklə onlar haqqında məlumatları esse-kitab formatında hazırlamalıdırlar. Müsabiqə tədris ilinin dekabr
ayında elan edilir, mükafatlandırma və tədbir isə Xocalı faciəsinin anım
günündə, 26 fevral tarixində baş tutur.