Yeni il bayramı ərəfəsində keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycanlıların birlik və həmrəyliyini ifadə edir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Hədəf Konsepti balabilgələri (şagirdləri) humanist, empatiya hissinə malik, ümumbəşəri dəyərlərə sahib hərtərəfli insan yetişdirmək məqsədi daşıyır. Balabilgələrdə milli-mənəvi dəyərləri, insanlığı, vətənpərvərlik və dövlətçilik ideyalarını formalaşdırmaq, inkişaf etdirmək məqəsdilə biz bu bayramın Hədəf Konseptinə xas şəkildə, “HəmÜrək” layihəsi formatında keçiririk.
Balabilgələrin müxtəlif dərslərdə, dərnəklərdə hazırladıqları əl işlərinin, bişirdikləri şirniyyatlarının müəllimlər, valideynlər ilə birgə xeyriyyə məqsədli satış yarmarkasını baş tutur. Yarmarkada əldə edilən vəsait “Yaşat Fondu”, qocalar və körpələr evinlərinə köçürülür.
Həmçinin bayram əhval-ruhiyəsi yaratmaq məqsədilə balabilgələrin hazırladıqları səhnəcik, rəqs, mahnı ifaları, fləş-moblar xeyriyyə yarmarkasının şən-əhval ruhiyyə ilə keçməsinə kömək edilir.
“HəmÜrək” layihəsi çərçivəsində “Hər sinif bir ölkə” adı ilə liseyimizin 24 sinfinin hər biri şərti bir ölkə olacaq ki, bu da balabilgələrimizin həm dünya xalqlarını yaxından tanıma, onların mədəniyyəti, mətbəxi ilə bağlı araşdırmalar etmə imkanı verir. Hər sinfin xüsusi hazırlanmış stendi siniflərə verilmiş simvolik ölkənin bayrağı, geyimləri, mədəniyyəti, milli mətbəxi ilə bəzədilir.