Лицей высоких целей

Sinif bilgəsi

дек 26, 2022
Sinif bilgəsi
  1. Sinif bilgəsi olacaq balabilgələrimiz
    aşağıdakı müsbət keyfi yyətlərə malik
    olmalıdırlar:

    1. Dərslərində uğurlu olmalı;
    2. Nizam-intizam qaydalarına riayət etməli;
    3. Özünü düzgün ifadə etməyi bacarmalı;
    4. Müəllim, balabilgə və digər şəxslərlə ünsiyyət bacarığı yüksək
      səviyyədə olmalı;
    5. Problemi müəyyən edib həll etmək üçün üsullar tapmalı;
    6. Sosial fəaliyyətlərdə maksimum fəallıq göstərməli;
    7. Araşdırma bacarıqları yüksək səviyyədə olmalı;
    8. Qərar qəbul etmə bacarığı olmalı;
    9. Dərslərdə zəif olan sinif yoldaşlarına çətinlik çəkdikləri hissələrdə kömək
      etməli;
    10. Demokratik düşünmə bacarıqları olmalı;
    11. Liderlik xüsusiyyətlərinə malik olmalıdır.

    Sinif bilgəsi 2 mərhələ üzrə seçilir:
    I mərhələ
    Hər sinifdə ay ərzində şərtlərə uyğun 5 balabilgə sinif rəhbərləri və
    həmin sinifdə dərs keçən müəllimlərin ümumi razılığı və ya səsverməsi
    əsasında namizəd kimi irəli sürülür. Həmin namizədlər 2 dərs günü ərzində
    özləri və 1 ay müddətində fəaliyyətləri haqqında kiçik bir təqdimat
    hazırlayır, balabilgə yoldaşları və sinif rəhbərlərinə özlərini təqdim edirlər.
    Daha sonra gizli və obyektiv səsvermə sinif yoldaşları, sinif rəhbəri
    və dərs keçən müəllimlər tərəfi ndən həyata keçirilir. Ən çox səs toplayan
    balabilgə Sinifi n Bilgəsi statusuna yüksəlir. Sinfi n Bilgəsi seçilmiş balabilgənin
    mükafatları və imtiyazları:

    1. Valideynə təşəkkür məktubu və təqdir mesajı göndərilir;
    2. Kitabevim.az mağazasından istifadə etmək üçün 10 manatlıq hədiyyə
      kuponu verilir;
    3. İl ərzində “Sinfi n bilgəsi” titulunu daşıyır, sinfi n problemlərini
      rəhbərlik qarşısında qaldırır, qrup rəhbərləri və balabilgələrin oradakı
      nümayəndəsi olur.

    II mərhələ
    Sinifi n Bilgəsi statusunu almış balabilgələr direktorun moderatorluğu
    ilə keçirilən “Bilgələr toyu”na qatılır. Görüşdə onlara hədiyyələri təqdim
    olunur və bacarıqlarını daha yaxşı nümayiş etdirmələri üçün müəyyən
    bir mövzu verilir. Müəyyən edilmiş müddət ərzində qaliblər bu mövzu
    haqqında təqdimat hazırlayıb direktora təhvil verməlidir. Sinif bilgələri
    lisey direktoru ilə həftəlik iclaslarda iştirak edirlər. Ən yaxşı təqdimatın
    103
    sahibi sinif bilgələri və valideynlərinin iştirakı ilə bilgələrin səsverməsi
    yolu ilə seçilərək lisey üzrə yarımil müddətində “Hədəf Liseyinin Bilgəsi”
    adını qazanır.
    Liseyin Bilgəsinin hədiyyə və imtiyazları:

    1. Lisey balabilgələrinin ümumi toplantısında onlara təqdim edilir,
      Bilgə Papağı geyinir və öz platformasını açıqlayır;
    2. Valideynə təşəkkür və təqdir mesajı göndərilir;
    3. Liseyin büdcəsindən sosial məsələlərə, uşaqların mənafeyini dəstəkləmək məqsədilə 100 manat pul vəsaiti ayrılır.
    4. 1 günlük liseyin direktoru statusunu qazanır;
    5. Sayt, səhifə və bina daxilində şəkli paylaşılıb ayın bilgəsi olduğu elan olunur;
    6. Təltifnamə təqdim edilir;
    7. Balabilgələrin korreksiyaedici və intizam komissiyasının üzvü olur;
    8. Klubların fəaliyyətə başlaması və dayandırılmasına məsul şəxs statusunu alır.