Лицей высоких целей

Sinif saatı

дек 26, 2022
Sinif saatı

Sinif saatı Hədəf Konsepti tədris planında yer alan, hər sinfin dərs cədvəlində 1 saat olmaqla keçirilən, sosial işlər, müxtəlif planlamalar,
psixoloji dəstək, balabilgələrin təlim-tərbiyələri məqsədi daşıyır.
Konseptin tələbinə uyğun olaraq, sinif saatı dörd istiqamətdə aparılır:

  • Dəyərlər həftəsinə uyğun olaraq balabilgələrə “Dəyərlər kitabı” əsasında həftənin dəyəri haqqında məlumat vermək, tapşırıqları elan etmək, həftəiçi dəyər mövzusunda görüləcək işlərdən danışmaq;
  • Lisey rəhbərliyi, adətən direktor, direktor müavinləri ilə görüşün məqsədi balabilgələrlə lisey və sinif haqqında müzakirələr aparmaq,
    onları dinləmək, lazımı tövsiyyələrin verilməsi, yaranan problemlərlə yaxından tanış olmaq;
  • Liseyin psixoloqu ilə təşkil olunan görüşdə sinfi n ümumi psixoloji durumu ilə yanaşı balabilgələrin hər birinin fərdi durumunu izləmək, müxtəlif psixoloji testlər (həm fərdi, həm qrup olmaqla) keçirmək, balabilgələrin sosial-psixoloji durumunu tam nəzarətdə saxlamaq;
  • Valideyndən-balabilgəyə istiqamətində sinfi n valideynlərindən birinin dəvət edilməsi ilə məktəb-valideyn əməkdaşlığını möhkəmləndirmək, valideynlərin dərs prosesini izləməsi və balabilgələrlə yaxından tanış olmaq, onlarla düşüncə mübadiləsi aparmaq, öz uğur hekayələrini paylaşmaları üçün şərait yaratmaq məqsədi daşıyır.