Hədəf STEAM Liseyində valideyn-
lisey əlaqələrinin genişləndirilməsi,
valideyn-müəllim, valideyn-valideyn
münasibətlərinin səmərəli təşkili,
faydalı ünsiyyət mühitinin yaradılması
məqsədilə keçirilən layihədir.
“Analar liseydə” adı altında keçirilən
layihəyə əsasən, liseyin ana valideynləri həm məktəb heyəti, həm də
öz aralarında fəal ünsiyyət quraraq liseyin təlim-tərbiyə işlərində yaxından
iştirakla bərabər öz aralarında da sosial fəaliyyətin, işbirliyinin yaranmasına
nail olurlar. Valideyn analar üçün nəzərdə tutulan proqramda
analar bir günlük liseyin sosial həyatında, seminarlarda iştirak edir, sosial
tədbirlərdə, dərnəklərdə səmərəli vaxt keçirirlər. Analar liseyə dəvət
olunan həftə balabilgələr tərəfi ndən “Ailəmə anonim məktub” adlı məktub
yazılır, ümumi bir qutuya salınır, valideynlər liseyə gəldikləri zaman
hər valideynə 3 məktub oxuma haqqı verilir ki, onlar uşaqların gözü ilə
özlərini görürlər. Lisey direktoru toplanan məktublardan 10 ən yaxşısını
seçib, ilk görüşdəki ümumi toplantıda slayd şəklində təqdim edir və
uşaqların problemlərini dilə gətirir.
Proqram: