Hədəfi böyük olanların liseyi

“Ailələr yarışır”

Dek 26, 2022
“Ailələr yarışır”

Hədəf Konseptini əsas tutaraq, valideyn-məktəb-balabilgə dairəsinin vacibliyini qorumaq məqsədilə reallaşdırılan, bundan irəli gələn əməkdaşlığın vacibliyini nəzərə alaraq həyata keçirilən yarışma layihəsidir.
Balabilgələrin ailələri ilə daha çox zaman keçirməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkil edilməsi, intellektual yarışlara marağının təmin edilməsi, dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən “Ailələr yarışır” adlı onlayn yarışmadır. Yarışma həm də “ailə saatı” önəmini daşımaqla, ailə birgəliyini təmin edir ki, valideynlər övladlarına ayırdıqları zamanı səmərəli keçirmiş olurlar. Yarışmada həm liseyin balabilgələri öz valideynləri ilə, həm də müəllimləri öz ailələri ilə iştirak edə bilər.

Oyunun şərtləri:

  • İnternet üzərindən aparıldığı üçün yüksək sürətli internet təminatı;
  • İki cihaz (telefon, kompüter);
  • Oyunda təqdim olunan 25 suala (3 sual açıq olmaqla) vaxt bitmədən və doğru cavab vermək;
  • Yarışma “Kahoot” proqramı üzərindən aparıldığı üçün proqramın tələblərinə düzgün cavab vermək;
  • Yarışma elan olunan vaxtdan yarım saat əvvəl başlayır və təlimatlar və qaydalar bu zaman təqdim edilir;
  • İlk üç yerin qalibi lisey tərəfindən mükafata layiq görülür.