Hədəf konseptində yer alan, balabilgələrin sosiallaşma, qərar qəbul etmə, araşdırma, demokratik düşünmə, özünüifadə, liderlik və digər xüsusiyyətlərinin inkişaf etdirilməsi və aşkar edilməsi məqsədilə keçirilən sosial layihədir. İl ərzində bir dəfə: 1-20 noyabr tarixlərində tam demokratik və ədalətli şəkildə keçirilən seçkilər nəticəsində sinif və lisey bilgəsi müəyyənləşir.
Sinif bilgəsi
Sinif bilgəsi olacaq balabilgələrimiz aşağıdakı müsbət keyfi yyətlərə malik olmalıdırlar:
Dərslərində uğurlu olmalı;
Nizam-intizam qaydalarına riayət etməli;
Özünü düzgün ifadə etməyi bacarmalı;
Müəllim, balabilgə və digər şəxslərlə ünsiyyət bacarığı yüksək səviyyədə olmalı;
Problemi müəyyən edib həll etmək üçün üsullar tapmalı;
Sosial fəaliyyətlərdə maksimum fəallıq göstərməli;
Araşdırma bacarıqları yüksək səviyyədə olmalı;
Qərar qəbul etmə bacarığı olmalı;
Dərslərdə zəif olan sinif yoldaşlarına çətinlik çəkdikləri hissələrdə kömək etməli;
Demokratik düşünmə bacarıqları olmalı;
Liderlik xüsusiyyətlərinə malik olmalıdır.
Sinif bilgəsi 2 mərhələ üzrə seçilir:
I mərhələ
Hər sinifdə ay ərzində şərtlərə uyğun 5 balabilgə sinif rəhbərləri və həmin sinifdə dərs keçən müəllimlərin ümumi razılığı və ya səsverməsi əsasında namizəd kimi irəli sürülür. Həmin namizədlər 2 dərs günü ərzində özləri və 1 ay müddətində fəaliyyətləri haqqında kiçik bir təqdimat hazırlayır, balabilgə yoldaşları və sinif rəhbərlərinə özlərini təqdim edirlər. Daha sonra gizli və obyektiv səs vermə sinif yoldaşları, sinif rəhbəri və dərs keçən müəllimlər tərəfindən həyata keçirilir. Ən çox səs toplayan balabilgə Sinifin Bilgəsi statusuna yüksəlir. Sinfin Bilgəsi seçilmiş balabilgənin mükafatları və imtiyazları:
Valideynə təşəkkür məktubu və təqdir mesajı göndərilir;
Kitabevim.az mağazasından istifadə etmək üçün 10 manatlıq hədiyyə kuponu verilir;
İl ərzində “Sinfi n bilgəsi” titulunu daşıyır, sinfi n problemlərini rəhbərlik qarşısında qaldırır, qrup rəhbərləri və balabilgələrin oradakı nümayəndəsi olur.
II mərhələ
Sinifin Bilgəsi statusunu almış balabilgələr direktorun moderatorluğu ilə keçirilən “Bilgələr toyu”na qatılır. Görüşdə onlara hədiyyələri təqdim olunur və bacarıqlarını daha yaxşı nümayiş etdirmələri üçün müəyyən bir mövzu verilir. Müəyyən edilmiş müddət ərzində qaliblər bu mövzu haqqında təqdimat hazırlayıb direktora təhvil verməlidir. Sinif bilgələri lisey direktoru ilə həftəlik iclaslarda iştirak edirlər. Ən yaxşı təqdimatın sahibi sinif bilgələri və valideynlərinin iştirakı ilə bilgələrin səsverməsi
yolu ilə seçilərək lisey üzrə yarımil müddətində “Hədəf Liseyinin Bilgəsi” adını qazanır.
Liseyin Bilgəsinin hədiyyə və imtiyazları:
Lisey balabilgələrinin ümumi toplantısında onlara təqdim edilir, Bilgə Papağı geyinir və öz platformasını açıqlayır;
Valideynə təşəkkür və təqdir mesajı göndərilir;
Liseyin büdcəsindən sosial məsələlərə, uşaqların mənafeyini dəstəkləmək məqsədilə 100 manat pul vəsaiti ayrılır.
1 günlük liseyin direktoru statusunu qazanır;
Sayt, səhifə və bina daxilində şəkli paylaşılıb ayın bilgəsi olduğu elan olunur;
Təltifnamə təqdim edilir;
Balabilgələrin korreksiyaedici və intizam komissiyasının üzvü olur;
Klubların fəaliyyətə başlaması və dayandırılmasına məsul şəxs statusunu alır.