“Lisey bilgəsi” seçkisi keçirildi
Hədəf Konsepti çərçivəsində balabilgələrdə liderlik, məsuliyyət, demokratik düşünmə, özünüifadə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Hədəf STEAM Liseyi Qurtuluş korpusunda “Lisey bilgəsi” seçkisi təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.
İdarə heyəti üzvləri, müəllimlər, valideynlər və balabilgələrin iştirakı ilə baş tutan seçkidə sinif bilgələri öz proqram və planlarını təqdim edərək çıxış etdilər. Ardınca keçirilən şəffaf və demokratik səsvermə nəticəsində 6A2 Sinif bilgəsi Mələk Mehdizadə Lisey bilgəsi seçildi.
Tədbirdə Hədəf STEAM Liseyləri ümumi işlər üzrə icraçı direktor Nizami Hüseynov, Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqova, eləcə də qonaq qismində Saday Möhnətov və Anar İsayev iştirak etdilər.
Sonda Hədəf STEAM Liseyi Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli Lisey bilgəsini təbrik edərək ona sertifikat və mükafat təqdim etdi. Tədbir xatirə fotosu ilə yekunlaşdı.
Seçilən Lisey bilgəmizə yeni vəzifəsində uğurlar arzulayırıq!