“Müasir müəllim modeli” təlim-treninqi
Quba–Xaçmaz regional bölgəsinin bütün müəllimlərini ödənişsiz 3 saatlıq təlim-treninqə dəvət edirik!
Təlim Hədəf Şirkətlər Qrupu, ANAİB, Hədəf Nəşrləri, Sınaq İmtahanı Mərkəzi və Sinkod Yayım & Dağıtımın birgə təşkilatçılığı ilə I Quba Kitab Sərgisi çərçivəsində keçiriləcək.
Təlimin spikerləri və mövzuları:
Şəmil Sadıqov – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru
“Müasir təhsil bizdən nə istəyir?”
Təhsil sistemində dəyişən prioritetlər, müəllimdən gözlənilən yeni bacarıqlar və XXI əsr müəllimin rolu barədə müzakirə.
Nizami Hüseynov – Hədəf Liseyinin ümumi işlər üzrə icraçı direktoru
“Müasir testologiya”
Yeni nəsil qiymətləndirmə üsulları, səmərəli test tərtibi, onlayn imtahan sistemləri və sual analizinə innovativ yanaşma.
Təranə Sadıq-zadə – Hədəf Liseyi Stars Campusda icraçı direktorun müavini
“Müasir müəllimin daxılı”
Müəllimin fərdi inkişafı, yaradıcı dərs planlaşdırması, STEAM yanaşması, sinifdə süni intellektin tətbiqi və innovativ tədris mühitinin formalaşdırılması.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək və Hədəf Nəşrləri tərəfindən ixtisasa uyğun kitab hədiyyə olunacaq.
İştirak qeydiyyat əsasında aparılır.
Qeydiyyat üçün : http://bit.ly/4o6Duo6
Tarix: 1 noyabr
Saat: 10:00–13:00
Ünvan: Quba şəhəri, Heydər Əliyev Mərkəzi
Əlaqə: +994 12 311 15 20