Peşəkar Futbol Liqası ilə Bilik Günü!
15 sentyabr Bilik Günü ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası və oyunları 15 sentyabra təsadüf edən “Sabah” – “Turan Tovuz” və “Zirə” – “Neftçi” oyununda birgə sosial layihə təşkil olundu.
Yeni tədris ilində 1-ci sinifdə təhsil alacaq Hədəf STEAM Liseyinin balabilgələri əllərində Azərbaycan bayraqları və məktəbli çantaları ilə futbolçularla birlikdə PFL himni ilə meydana daxil oldular. Bank Respublika Arenada olduqca maraqlı mənzərə yarandı. Stadionda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bu anlar yəqin ki, uşaqların unudulmaz xatirələrindən biri oldu.
Sosial layihənin keçirilməsində əsas məqsədlərdən biri uşaqlar arasında futbolun kütləviliyini artırmaq, onlara idmanı sevdirmək və gələcəyimiz olan bu azyaşlıların sağlam mühitdə böyüməsinə zəmin yaratmaqdır.
Təhsil dünyasına yeni addım atan uşaqların hər birinə uğurlar arzulayırıq.