Hədəfi böyük olanların liseyi

“Sən şagird ol mən müəllim!” layihəsi

Okt 25, 2024
“Sən şagird ol mən müəllim!” layihəsi

"Sən şagird ol, mən müəllim!"

Hədəf STEAM Liseyində tədrisdə yeniliklərdən biri olan "Sən şagird ol mən müəllim!" layihəsidir ki, balabilgələrin bir-birini anlaması, dəyərləndirməsi, balabilgə – müəllim münasibətlərinin inkişafı və balabilgələrə empatiya duyğusunun aşılanması, komanda işi anlayışının yaranmasına xidmət məqsədilə yaranan balabilgədən–balabilgəyə yanaşmasıdır. 

 2024-2025-ci tədris ilində layihənin ilk Bilgə müəllimi 2A3 sinif balabilgəsi Fatimə Cəfərli oldu. Bilgə müəllim öz balabilgələrinə STEAM texnologiya fənnindən dərs təqdim etdi.
 Əvvəlcə, mövzu "mBlock"u, "mBlock" proqramında istifadə olunan blokları, hər bir blokun daxilində yerləşən idarəetmə bölməsini izah etdi. Daha sonra blokların köməkliyi ilə avtomobillərin hərəkəti animasiyasını sərbəst şəkildə yığdı, əlavə səsləndirmə üçün səs blokları, fondan istifadə etdi.
İzahlardan sonra balabilgələrə iş üsullarından fərdi iş, cütlərlə iş şəklində tapşırıqlar təqdim edərək öyrətdiklərini tətbiq etmələrinə köməklik göstərdi. 

 Qeyd etmək istərdik ki, Bilgə müəllim öz fənn müəllimi ilə daim əlaqədə olmalı, məsləhət və təklifləri qeydə almalıdır. Öyrəndikləri öyrədən BİLGƏ MÜƏLLİM sayəsində uğurlu nəticə alan balabilgələr həm əyləndilər, həm öyrəndilər! 

 Layihəmizin məqsədi:
• Balabilgələrin kiçik yaşlarından etibarən özlərini ifadə edə bilmələri;
• Fənnə maraq oyatmaq və adaptasiya yaratmaq;
• Öhdəlik və məsuliyyətlərini dərk etmələrinə dəstək olmaq;
• Sosial aktivlik;
• Özgüvənin formalaşdırılması;
• Müasir dövrün texnologiyalarından istifadə edə bilmə bacarığının yaradılması;
• Liseyə xas "STEAM" ifadəsininin mənasını dərindən inkişaf etdirmək;
• "Sən yox siz, mən yox biz!" ifadəsindən yola çıxaraq balabilgələrdə "zəif-güclü" ifadəsinin bir kənara qoyulub hər kəsin bu layihədə iştirakını təmin etməkdir.