Hədəfi böyük olanların liseyi

 "Analar Liseydə" – Hədəf STEAM Liseyində duyğularla dolu və faydalı təhsil günü!

Apr 22, 2025
 "Analar Liseydə" – Hədəf STEAM Liseyində duyğularla dolu və faydalı təhsil günü!

 "Analar Liseydə" – Hədəf STEAM Liseyində duyğularla dolu və faydalı təhsil günü!

Hədəf STEAM Liseyi Qurtuluş korpusunda 19 apreldə "Analar Liseydə" tədbiri baş tutdu. Valideyn–lisey əlaqələrinin gücləndirilməsi, valideyn–müəllim və valideyn–valideyn münasibətlərinin daha səmərəli təşkili məqsədilə Hədəf STEAM Liseyində keçirilən "Analar Liseydə" layihəsi bu il də analar üçün unudulmaz bir günə çevrildi.

Layihə anaların liseyin sosial və tədris həyatına birbaşa qatılmasını təmin etməklə yanaşı, onların məktəb heyəti və digər valideynlərlə aktiv ünsiyyətinə şərait yaratdı. Analar bu gündə tədris və tərbiyə prosesində iştirak etməklə yanaşı, müxtəlif seminar və panellərdə bilik və təcrübə mübadiləsi apardılar.

Hədəf STEAM Liseyi Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli – "Müasir təhsil mühitində valideynin rolu"
Hədəf STEAM Liseyi Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqova – "Sosial emosional inkişaf və ailənin təsiri"
İlkanə İmran – "Uşağın inkişafında valideynlik üslubunun rolu" mövzusunda çıxış etdilər.
Bu çıxışlar anaların uşaqların psixososial inkişafı və təlim-tərbiyə prosesinə verdiyi töhfələrin əhəmiyyətinə toxundu və səmimi qarşılıqlı müzakirələrlə yadda qaldı.

 Panel və praktiki sessiyalar
Nərmin Babayeva – "Ruhun və bədənin ahəngi"
Yeganə Ramazanova və Pərvanə məmmədova – "Ləzzət səyahəti"
Diana Şıxverdiyeva – "Qüvvə, sürət, zəfər!"
Leyla Həsənova – "Bir ritm, min hərəkət"
Nigar Salmanova – "Hisslərdən hörülən zəriflik"
Nigar Rzayeva – "Rənglərin harmonik dünyası"
Bu panellər anaların həm yaradıcı, həm fiziki, həm də psixoloji baxımdan özlərini ifadə etmələrinə imkan yaratdı. Hər biri sosial münasibətlərin və paylaşımın önəmini vurğulayan interaktiv fəaliyyətlərlə zənginləşdirilmişdi.

 "Ailəmə anonim məktub" aksiyası
Balaca liseylilər tərəfindən tədbirə özəl olaraq yazılan "Ailəmə anonim məktub"lar analara duyğulu anlar yaşatdı. Valideynlər məktub qutusundan seçilmiş 3 məktubu oxuma imkanı qazandılar. Bu məktublar uşaqların gözündən ailələrinə olan baxışlarını əks etdirirdi. Lisey direktoru tərəfindən seçilən ən təsirli 10 məktub, ümumi toplantıda slayd şəklində təqdim olundu və valideynlər uşaqların daxili dünyasını daha dərindən anlama imkanı əldə etdilər.

 Furşet və sosial ünsiyyət
Tədbirin sonunda valideynlər üçün furşet təşkil olundu. Sosial mühitdə fikir mübadiləsi aparıldı, yeni tanışlıqlar və dostluqlar quruldu.
"Analar Liseydə" layihəsi bir daha sübut etdi ki, güclü təhsil mühiti yalnız müəllim və şagirdlə deyil, ailənin aktiv iştirakı ilə formalaşır. Bu layihə məktəblə ailə arasında dəyərli bir körpü rolunu oynayaraq, uşaqların gələcəyi üçün sağlam təməllər qoyur.