Hədəfi böyük olanların liseyi

Balabilgələrlə Rəngarəng Novruz Sevinci

Mar 11, 2025
Balabilgələrlə Rəngarəng Novruz Sevinci

Balabilgələrimizlə birlikdə Novruz bayramının ən sevilən və maraqlı adətlərindən biri olan yumurta boyamağı öyrəndik .Rəngli yumurtaların mənasını müəllimə balabilgələrə göstərərək başa saldı.
Yumurta boyamaq üçün adətən təbii boyalardan istifadə edilir. Məsələn:
Qırmızı rəng – soğan qabığı ilə, əldə edilir. Müəllimə də bunları əyani şəkildə balabilgələrə göstərək rəngli yumurtalar boyadı.
Yumurtalar qaynadılıb rəngləndikdən sonra balabilgələr yumurta döyüşdürmək ənənəsinə sadiq qalaraq, yumurta döyüşdürdülər. Daha sonra uşaqlar rəngli kağızlardan küləkdə hərəkət edən güllər hazırladılar, qızlar isə incə bənövşə rəqsini ifa etdilər.

Sonda isə balabilgələrimiz əl-ələ verib yallı getdilər. Tədbir baharın gözəlliyini əks etdirən yaz rəmzləri və şənlik dolu anlarla tamamlandı.
Bu gözəl ənənə Balabilgələrin sevincini artırır, bayram əhval-ruhiyyəsini daha da canlandırır.