Hədəfi böyük olanların liseyi

Hədəf STEAM liseyinin Nəsimi korpusunda “Beynəlxalq Məktəb Kitabxanaları günü” keçirildi.

Okt 22, 2025
Hədəf STEAM liseyinin Nəsimi korpusunda “Beynəlxalq Məktəb Kitabxanaları günü” keçirildi.

Hədəf STEAM liseyinin Nəsimi korpusunda “Beynəlxalq Məktəb Kitabxanaları günü” keçirildi.

Tədbiri filialın kitabxana rəhbəri Zəkiyyə Məmmədova açıq elan etdi və günün mahiyyəti, necə yaranması haqqında danışdı. Liseyin balabilgələrinin hazırladığı “Məktəb Kitabxanaları Günü”nə həsr olunmuş videoçarx təqdim edildi. Hədəf liseyində kitab və kitabxana işinin təşkili prosesində həyata keçirilən layihələr haqqında məlumat verildi.

Yazıçı, uşaqlar üçün elmi-kütləvi kitablar və elmi-fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı ilk kitablardan, əlyazmalardan, orta əsr kitabxanalarından danışdı. Öz kitabları haqqında balabilgələrə məlumat verdi və onların suallarını cavablandırdı.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi kitabxanasının elmi katibi Şəbnəm Rüstəmova “Rəqəmsal dövrdə kitabxananın rolu” mövzusunda çıxış etdi. Mərkəzi Elmi kitabxananın “100 illik tarix” filmindən kadrlar nümayiş olundu.

“Xan Nəşriyyatı"nın rəhbəri, yazıçı, naşir Səbuhi Şahmursoy balabilgələrlə kitabxana işinin əhəmiyyətindən, kitabın həyatımızdakı vacib rolundan danışdı.

Yazıçı, redaktor, tarixçi Xəyalə Murad “Məktəb kitabxanası – ilk ilham mənbəyim” mövzusunda danışdı.

Sonda qonaqlarla xatirə şəkilləri çəkildi.