HƏDƏF LİSEYİ – IB BEYNƏLXALQ MƏKTƏBİ OLMAQ YOLUNDA İLK ADDIMLARINI ATDI
Hədəf Liseyi beynəlxalq təhsil arenalarında yeni və əhəmiyyətli bir mərhələyə qədəm qoyur. Lisey artıq IB (International Baccalaureate) proqramını tətbiq etmək məqsədilə ilkin hazırlıqlara start verib.
Bu istiqamətdə həm xarici ekspertlərin, həm də liseyin təcrübəli yerli mütəxəssislərinin iştirakı ilə geniş tərkibli fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Hədəf Konsepti ilə IB təhsil fəlsəfəsinin əsas dəyərləri arasında mühüm uyğunluqlar və ortaq yanaşmalar vurğulanıb.
Yeni proqramın əsas tədris və idarəetmə bazası olaraq Hədəf STARS CAMPUS müəyyən edilib. Eyni zamanda IB modelinə uyğun təhsil yanaşmalarının Hədəf Liseyinin digər filiallarında da mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Hədəf Liseyi həm Beynəlxalq Kembric (Cambridge International), həm də STEAM proqramları üzrə akkreditasiyaya malikdir və bu statusu ilə ölkənin qabaqcıl beynəlxalq məktəbləri sırasında qərarlaşıb. IB sisteminə inteqrasiya ilə Hədəf Liseyi şagirdlərinə daha geniş perspektivlər və qlobal təhsil imkanları təqdim edəcək.
Təqdimat və fikir mübadiləsi iclasında Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadıq, icraçı direktor Nizami Hüseynov, STARS CAMPUS-un icraçı direktoru Şəmsəttin Bəşər və IB təcrübəsi ilə seçilən mütəxəssis Ebru Hezen tədbirdə aktiv iştirak ediblər. Ebru Hezen Beynəlxalq Bakalavriya (IB) sistemində, xüsusilə IB Proqramını (PYP) tətbiq edən məktəblərdə sinif müəllimi və koordinator kimi çalışıb.
Hədəf Liseyinin bu yeni təşəbbüsü beynəlxalq təhsildə daha bir nüfuzlu mərhələnin başlanğıcıdır.