Axtarış
show all
School for those who aim high

A free day at "Hədəf"!

Mar 01, 2023
A free day at "Hədəf"!

Hədəfdə ÖDƏNİŞSİZ bir gün keçirmək? Bəli, doğru oxudunuz 😊

Hədəf STEAM Liseyi “Hədəfdə bir gün” layihəsini təqdim edir.

✍️ Layihə Azərbaycan və rus bölmələri üzrə 1-10-cu, Hədəf Cambridge School üzrə (ingilis bölməsi) 1-3-cü siniflərin Hədəf Liseyinə bir günlük təhsil turunu əhatə edir.

📌 Layihə ərzində liseyimizdə qonaq olacaq şagirdlər müvafiq dərslərdə iştirak edərək, dərs prosesi ilə yaxından tanış olacaq, əylənərək, toxunaraq öyrənəcəklər.

🍎 Həmçinin yemək və çay süfrəsinə də qonaq olacaqlar.

📍 Layihə çərçivəsində hər sinif üzrə 15 şagird seçiləcək, onların təhsil aldığı sinfə uyğun olaraq Hədəf Liseyinin eyni sinfində təhsil alan bir nəfər şagird - Bilgənin dostu da iştirak edəcək. Bir günlük müddətdə onlar özlərini eynən məktəbdəki kimi hiss edəcək, öz sinif rəhbərləri, fənn müəllimləri olacaq.

⏳ 25 mart tarixində baş tutacaq bu layihə 09:00-14:00 saat aralığında davam edəcək.
Layihə Hədəf Liseyinin hər iki filialı üzrə həyata keçirilir.

Qeyd: Layihədə iştirak ÖDƏNİŞSİZDİR!
Müraciət etmək üçün aşağıdakı qeydiyyat formasını doldura bilərsiniz: