Hədəf İkidilli Təhsil (HİT) milli və beynəlxalq kurikuluma əsaslanır. İkidilli təhsil şagirdlərin riyaziyyat, həyat bilgisi və digər bir neçə fənni ingilis dilində öyrənməsi və ya eyni fənni iki dildə öyrənməsi deməkdir. Hədəf İkidilli Təhsil anlayışı Məzmun və Dil İnteqrasiyalı Öyrənmə (CLIL) və ikili dil tədrisininə əsaslanan Hədəf Konsepti ilə əlaqələndirilir.
İbtidai Azərbaycan və Rus bölmələrinin milli kurikulumuna daxildir:
- Language Arts (dinləmə, danışıq, yazı, oxu və sinifdənxaric oxu)
- Math (Riyaziyyat ingilis dilində)
- Science (Həyat bilgisi ingilis dilində)
- ICT (İnformatika ingilis dilində)
- STEAM (Texnologiya ingilis dilində)
Orta sinif Azərbaycan və Rus bölmələrinin kurikulumuna daxildir:
- Language Arts (dinləmə, danışıq, yazı, oxu)
- Math (Riyaziyyat ingilis dilində)
- Science (Həyat bilgisi və Biologiya ingilis dilində)
- ICT (İnformatika ingilis dilində)
- STEAM (Texnologiya ingilis dilində)
- Grammar (buraxılış qəbul proqramı)
Beynəlxalq kurikulum Cambridge Yüksək Səviyyə (A Level) kvalifikasiyası üçün təməl yaradır.
I-IV siniflər |
V-VIII siniflər |
IX sinif |
X-XI sinif |
Language Arts - 5 saat |
Language Arts - 4 saat |
İngilis dili - 6 saat |
İngilis dili - 6 saat |
|
|
Pre-SAT (English) - 4 saat |
SAT (English) - 4 saat |
Science - 1 saat |
Science - 1 saat |
Pre-SAT (Math) - 4 saat |
SAT (Math) - 4 saat |
Math - 1 saat |
Math - 1 saat |
A-Level (ixtisasa görə A Level fənləri) |
A Level |
|
Grammar - 1 saat |
|
|
Ümumi: 8 saat |
Ümumi: 8 saat |
|
|
Language Arts - (dərslik üzrə)
- Dərs 1: Speaking (bölmə üzrə yeni mövzunun müzakirəsi, yeni sözlərin təqdimatı və istifadəsi). Ev tapşırığı – mövzuya uyğun tədqiqat və təqdimat (PPT və ya poster).
- Dərs 2: Reading/Grammar (bölmə üzrə yeni qrammatik qaydanın təqdimatı, istifadəsi, speaking dərsində müzakirə olunan yeni sözlərin həmin qrammatik qayda tərkibində işlədilməsi)
- Dərs 3: Listening (bölmə nəzdində dinləməyə aid tapşırıqların tədrisi)
- Dərs 4: Writing (bölməyə aid öncəki dərslərdə tədris olunan yeni sözlər və yeni qrammatik qayda əsasında YAZI modelinin balabilgələrlə müzakirəsi və yazılması. Ev tapşırığı - həmin model üzrə FƏRDİ yazı (Descriptive/ Lett er/Report/Essay/Story və s.)
- Dərs 5 (ibtidai sinflərdə): Storytelling - hekayələrin fəsillər üzrə sinifdənxaric oxunması və dərsdə danışılması, sual-cavab, əlavə yeni sözlərin müzakirəsi və lüğətə yazılması. Qeyd: bu dərs bazar ertəsi olmalıdır (balabilgələrin həftəsonu hekayə oxumasını təmin etmək üçün).
Science - Cambridge Science üzrə mövzular
Math - Cambridge Math üzrə mövzular
Grammar - DİM üzrə mövzular
Dərs bölgüsü zamanı filial müdirləri aşağıdakıları nəzərə alsın:
- Language Arts, Science, Math, Grammar dərs saatları fərqli müəllimlər tərəfi ndən tədris edilir.
- Language Arts, Science, Math, Grammar tədris proqramları hər biri ayrılıqda hazırlanır.
- Proqramlar hazırlanarkən Grammar hissəsində Təhsil Nazirliyinin təsdiq etdiyi proqram izlənilir.
- Biliyin qiymətləndirilməsi II-VIII sinifl ərdə ildə iki dəfə HELT formatında, IX-XI sinifl ərdə buraxılış qəbul proqramları əsasında ayda bir dəfə həyata keçirilir.