Axtarış
show all
School for those who aim high

Values week

Values week

Hədəf bir Azərbaycan brendidir və hər yanaşmasında Azərbaycan dəyərlərinə sadiqdir. Dəyər isə bir millətin vazkeçilməzidir. Qloballaşan dünyada hər bir millət sadəcə öz dəyərlərinə sadiq qalmaqla varlığını yaşada bilər, əks təqdirdə digər hegemon dövlətlərin dəyərləri içərisində əriyib gedər. Dəyərlər milli və bəşəridir. Əgər bir millətin dəyərləri bəşəri dəyərlərə rəng qata bilirsə, bunu yaşatmağa və təbliğ etməyə məcburdur.

Biz milli dəyərlərimizi bəşəri dəyərlərlə bərabər yaşatmalı və onunla fəxr etməliyik. Bunun üçün Hədəf Konsepti bəşəri ideyalarla zəngin olan dəyərlərinə sadiqdir və bunu balabilgələrə təbliğ etməyi qarşısına məqsəd qoymuşdur. Məhz bunu daha yaxşı ifadə etmək üçün konseptimizdə “Dəyərlər həftəsi” adlı termindən istifadə edilir. Bu o deməkdir ki, ümumbəşəri dəyərlər anlayışı ilin həftələrinə ad olaraq verilmiş, balabilgənin qeydləri kitabında qeyd edilmiş, məktəbin müxtəlif yerlərindən afi şa şəklində asılmışdır. Hər bir dəyər balabilgəyə müxtəlif yollarla aşılanmalı, işləməsi üçün münbit şərait yaradılmalıdır.

İnsanı təbiətin digər varlıqlarından fərqləndirən əsas əlamətlərdən biri də dəyərlərdir. Hər bir toplumun sahib olduğu və qorumalı olduğu dəyərlər var ki, onlar vazkeçilməz olmalıdır. Bu dəyərlər heç bir halda ümumbəşəri dəyərləri tapdalamamalıdır. Azərbaycan-Türk xalqının da əsrlərdən bəri günümüzə qədər gələn dəyərləri vardır. Biz tədrisdə bunları izah etməli, öyrətməliyik. Bunun üçün də hər həftənin birinci günü məktəbin girişində olan böyük lövhədə dəyərin adı və onu ifadə edən aforizm və ya atalar sözü yazılır, həftənin birinci günü səhər toplanışında məktəb rəhbərlyinin təyin etdiyi müəllim balabilgələr qarşısında dəyər haqqında məlumat və tapşırıqlar verir.

Həftənin birinci günü sinif rəhbəri və ya köməkçi müəllim, balabilgələrə həftənin adı haqqında ətrafl ı danışır, onlara bu həftə boyunca adıçəkilən dəyər haqqında müşahidələrini toplayıb bir esse halında yazmasını tapşırır. Həftənin beşinci günü isə sıra düzülüşü zamanı təlim-tərbiyə işləri üzrə müdir müavini və sinif rəhbərlərinin (köməkçi müəllimlərin) koordinatorunun razılaşdırdığı sinif həftənin dəyəri haqqında lisey heyəti qarşısında təqdimat edir, öz fi kirlərini ifadə edir. Yaxşı olardı ki, bu təqdimatlar praktik nümunələrlə öz əksini tapsın.

Köməkçi müəllimlər dəyər haqqında valideyni də məlumatlandırıb, bu mövzuda diqqətli olmalarını və balabilgəyə kömək etmələrini istəyir, sinif saatında isə sinfi n bütün balabilgələrininin esselərini yoxlayıb, onları müzakirə edir. Məktəb, balabilgə və valideyn hər hansı bir dəyərin vərdişə çevrilməsi üçün birgə çalışmalı, məktəbdəki prosesi evə daşımalı və yaşamalıdır. Məsələn, bu həftə “Qənaət” həftəsidirsə, valideynlərlə birgə fəaliyyətdə iştirak etməsi üçün həftə boyunca müəyyən təkrarlanan vərdişlər olmalıdır.

İşıqları hər çıxdığın otaqda söndürməli, suyun israf olunmamasına nəzarət etməli, kağıza, dəftərə, yeməyə, ümumiyyətlə, məişətimizdə bizi xərcə salan, təbiətə zərəri olan hər şeyə qəanət etməli, həftə sonunda bunun nə qədər faydalı olduğunun hesabatını hazırlamalıdır. Və ya gündəlik marketlərdən aldığımız məhsullara görə istifadə etdiyimiz plastik salafanların yerinə daimi bir çantadan istifadə etməklə də bunu göstərmək olar.

“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi” Hədəf Konsepti əsasında hazırlanmış bir setdir. Bu set məktəb və ailə həmrəyliyini ifadə edən və inkişaf etdirən yardımçı vəsaitdir. Bu set həm məktəb müəlliminin tövsiyəsi ilə, həm də valideynin müstəqil arzusu ilə istifadə etmək üçün nəzərdə tutulub. Hər bir ailə bu setdən istifadə edərək öz evini bir dəyər məktəbinə çevirə bilər.

Tədris ilində 40 dəyər həftəsi var. Sentyabr ayının əvvəlindən iyun ayının sonuna qədər davam edəcək bu həftələrdə dəyərlər müxtəlif aspektlərdən təhlilə cəlb ediləcək və balabilgələrə aşılanacaq.

Bu məqsədlə Hədəf Liseyinin Elmi-Metodiki Şurasının qərarı ilə “Dəyərlər” kitabı və “Balabilgənin gündəliyi” nəşr edilmişdir. Dəyərlər kitabı 40 dəyəri özündə birləşdirir.

Hər bir dəyər üzrə aşağıdakılar verilir: (Nümunə “Nizam-intizam” həftəsinə uyğun olaraq verilir)

  1. Dəyəri ifadə edən şəkil;
  2. Nizam-intizam nədir?
  3. Bizdə nizam-intizam;
  4. Gül və düşün;
  5. Hekayə;
  6. Əylənək və cavab verək;
  7. Nizam-intizam qaydalarına əməl edən şəxs nə qazanır?
  8. Doğru-səhv;
  9. Ailə layihəsi.

“Dəyərlər” kitabı

Qrup rəhbərinin və valideynin nəzarəti ilə işlənilir. 2-6-cı siniflər üçün əlavə dərs vəsaitidir.

“Balabilgə gündəliyi”

“Dəyərlər” kitabı ilə paralel şəkildə istifadə edilir. Burada hər bir dəyərə uyğun balabilgə tərəfi ndən qeydlər aparılır, müəyyən tapşırıqlar yerinə yetirilir. Balabilgə gündəliyi heç kim tərəfindən yoxlanılmır. Bu vəsait balabilgənin özünüqiymətləndirmə vəsaitidir. Balabilgə gündəliyində hər bir həftə üzrə 4 səhifəlik yer ayrılıb.

İlk səhifə:
Burada balabilgə dəyər anlayışı ilə bağlı ilk təəssüratını, dəyəri necə qavradığını esse formasında yazır.

İkinci səhifə:
Bu və 3-cü səhifənin yarısında həftənin 6 günü üçün qaydalar, tapşırıqlar, qeydlər və s. təsvir edilir.

bala-bilge-gundeliyi

“Nizam-intizam” həftəsi üzrə ilk günə nəzər salaq: Hər gün üzrə balabilgə hava durumunu qeyd edir. Müəllif tərəfi ndən hər gün verilən tapşırığı yerinə yetirməyə çalışır. Bu gün üçün özəl tapşırıq bütün geyimlərin təmiz və səliqəli saxlanılmasıdır. Gün ərzində balabilgə öyrəndiklərini, ev tapşırıqlarını, xatırlamaq istədiyi məlumatları qeydlər bölməsində işləyir. Hər günə özəl bir suala cavab yazmaq üçün xüsusi yer qoyulub. Bu günə özəl sual ən sevdiyin fi lmin hansı olmasıdır. Hər bir gün üzrə balabilgə özünü qiymətləndirir. Gün ərzindəki fəaliyyətini, davranışını, bacarığını və s. 5 ballıq şkala üzrə dəyərləndirir.

bala-bilge-gundeliyi

Gün sonunda balabilgə əhvalını da qeyd edir. Hər bir həftə üzrə ayrılmış 3-cü səhifədə kitab və ya film tövsiyəsi verilir. Bu fi lmə baxmaq və ya kitabı oxumaq üçün əsasən bazar günü nəzərdə tutulmalıdır.

tovsiyye-olunan-kitab

Balabilgə gündəliyinin hər bir həftəyə uyğun dördüncü səhifəsi: Bu səhifədə həftə ərzində qazanılan bilik və bacarıqlar qeyd olunur. Həftənin əvvəlində dəyər haqqında olan fi kirləri ilə həftəsonu olan fikirləri arasındakı fərqliliklər qeyd olunur. Səhifənin ikinci hissəsində isə dəyəri ifadə edən şəkil və ya loqo çəkilir.