Hədəf STEAM Liseyinə 2023-2024-cü tədris ili üçün qəbul-güzəşt qaydaları
2 və 9 Aprel tarixində Hədəf Liseyi Nəsimi və Qurtuluş filiallarına 2022-2023-ci tədris ili üçün qəbul-güzəşt imtahanı keçiriləcəkdir. 2 aprel 8,9,10-cu siniflər üçün, 9 aprel isə 2,3,4,5,6,7-ci siniflərin Azərbaycan və rus bölmələri üçün təşkil ediləcəkdir.
Güzəşt imtahanı Hədəf Liseyinə qəbul qaydasının əsas prinsipidir və hər il keçirilir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Hədəf Liseyi milli və bəşəri dəyərlərə önəm verən milli təhsil brendidir, bunun üçün də istedadlı şagirdlərə dəstək olmaq, onların gələcəyinə yaxşı mənada təsir etmək məqsədi ilə şagirdlərin təhsil xərclərini tam və ya qismən olaraq öz üzərimizə götürməyə qərar verdik. Düşünürük ki, haqqı çatan, amma imkanı olmayan şagirdlər də bu şansdan yararlanaraq, özəl liseydə təhsil alıb, ölkəmizin və dünyamızın gələcəyinə faydalı bir insan kimi təqdim edilə bilərlər.
Sözsüz ki, güzəştlərdən yararlanmaq üçün şagirdlər müəyyən imtahandan keçərək bu şansı əldə etməlidirlər.
İmtahan nəticəsinə əsasən təhsil haqqına 10-larla şagirdə 100%, 100-lərlə şagirdə isə 70-10% dəyərində güzəşt imkanı yaradılacaq.
Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-X siniflər üzrə (3-11-cu siniflərə qəbul), keçiriləcəkdir.
QEYD: Hadaf Cambridge İnternnational School üzrə qəbul məktəbəqədər, 1,2,3-cü siniflər üzrə aparılır, bu tədris ili üçün ingilis bölməsinə güzəştli təhsil nəzərdə tutulmayıb!
I və II siniflərə qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibə hər şagird üçün 25-30 dəqiqə müddətində davam edir. Müsahibə şagirdin məntiqi mühakimə qabiliyyətini, əl motorikasını, dünyagörüşünü, psixoloji durumunu, özünüifadə qabiliyyətini, yaş səviyyəsinə uyğun bilik bazasını ölçən sualları əhatə edir.
Qəbul-güzəşt imtahanı 4 fəndən ibarət olmaqla Azərbaycan və Rus bölmələri üzrə keçirilir: Tədris dili (Azərbaycan və rus dilləri) 20 sual, riyaziyyat 20 sual, İngilis dili 20 sual. Suallar ümumilikdə şagirdin təhsil aldığı ili əhatə etsə də, öncəki illərin mövzualrından da 50%-dən çox olmamaq şərtilə istifadə edilə bilər. 8, 9 və 10-cu siniflər üzrə güzəşt imtahanı buraxılış imtahanı proqramına uyğun hazırlanır. İmtahan müddəti 100 dəqiqədir.