Axtarış
show all
School for those who aim high

General secondary education

General secondary education

Hədəf Liseyinin 1-8-ci sinif balabilgələri üçün təqdim etdiyi konsept əsasən balabilgənin dünyagörüşünün, riyazi təfəkkürünün, analizetmə qabiliyyətinin formalaşmasına, oxuyub anlama, dinləmə, fərqləndirmə, sorğulama bacarıqlarının inkişafına xidmət edir.

Bütün bu bacarıqlar formalaşdıqdan sonra şəxsiyyətin həyata addım atması mərhələsi başlayır. Biz 9-cu sinif balabilgələrimizin gələcəkdə quracaqları karyeralarının daha səmərəli və faydalı olması üçün onlara ilkin ixtisas vərdişlərini də öyrətməklə yanaşı, balabilgələrin ali məktəblərə hazırlaşmalarını da əsas prioritet kimi müəyyən edirik.

Hədəf Liseyi layihələrə fokuslanmış, dünya miqyasında rəqabətyönümlü STEAM əsaslı tədris həyata keçirir.balabilgələrin təhsillərini universitet imtahanları ilə yanaşı tələbəlik, hətta iş həyatına hazır olmalarını təmin edəcək bacarıq və baza ilə tamamlamaları hədəflənir. Liseyimizin balabilgələri, STEAM mərkəzində layihələr həyata keçirən, problemləri həll etmə iddiasına sahib, xarici dilləri beynəlxalq təhsil proqramlarında iştirak edib üfüqlərini genişləndirəcək qədər bilən, yaradıcı və müasir fərdlər olaraq həyata hazırlıqlı şəkildə başlamağın verdiyi pozitiv hissləri daima hiss edirlər.

9-cu sinifdən başlayaraq liseyimizdə balabilgələr psixoloq və müəllimlər tərəfindən ixtisas seçiminə yönləndirilir və seçdikləri ixtisaslara görə qruplaşdırılaraq kurslar təşkil edilir. Bu mərhələdə Hədəf Şirkətlər Qrupuna daxil olan, universitet hazırlığı sahəsində Azərbaycanın ən qabaqcıl qurumu olan Hədəf Kursları ilə əməkdaşlıq edilir. Dərslərə Hədəf Kurslarının təcrübəli müəllimləri dəvət olunur.