Axtarış
show all
School for those who aim high

Secondary education

Secondary education

Hədəf STEAM Liseyində orta təhsil pilləsinə qəbul Azərbaycan və rus bölmələri üzrə aparılır. Hədəf Liseyi bir STEAM məktəbi olduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə STEAM konseptinin tələbinə uyğun yeni kurikulumları da dərs proqramına əlavə etmişdir.

Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planına görə balabilgə bir həftə ərzində 26-32 (V-VIII siniflərə görə saatlar dəyişir) saat dərs keçir, liseyimizdə həftəlik dərs həcmi 52 saata çatır.

Hədəf Liseyində hər balabilgənin akademik inkişafı tədris ilinin əvvəlində təyin edilmiş müəllim tərəfindən davamlı monitorinq edilir. Liseydə tətbiq olunan fərdi dəyərləndirmə metodu vasitəsilə hər balabilgənin inkişafı ayrılıqda müşahidə edilib dəyərləndirilir. Bu dəyərləndirmələrin nəticələrinə əsasən tədris metodologiyası və proqramlar qurulur.

Tədris prosesində STEAM-in tələblərinə uyğun olaraq praktik məşğələlərə ciddi əhəmiyyət verilir, laboratoriyalarda aparılan təcrübələr Balabilgə Biliklərinin Müşahidəsi üçün başlıca faktor sayılır. Hər ay keçirilən layihə yarışlarında mühəndislər, texniklər, menecerlər, dizaynerlər, marketoloqlar öz proyektləri ilə sabaha addım-addım hazırlaşırlar.

Hədəf Liseyində klub və atelye fəaliyyətləri balabilgələrin fiziki, zehni və sosial yönlərinin inkişafına kömək edir. Çağdaş dövrümüzdə elm və texnologiyanın sürətli inkişafı bir çox dəyişiklik və yeniliklərə yol açır. Tədris proqramları da bu inkişafa uyğun olaraq daima nəzərdən keçirilir. Hədəf Liseyi bu dəyişlik və inkişaf tempiylə ayaqlaşa biləcək innovativ metodlarla ölkəmizin gələcək inkişaf kursunu müəyyən edəcək mütəxəssisləri yetişdirmək üçün həyat boyu öyrənməyi vərdiş halına gətirən proqramlar tətbiq etməyi hədəfləyir.

Məktəbimizin tədris proqramında nəzəri dərslərə paralel və onları tamamlamaq məqsədiylə, bacarığı, marağı, dəyərlərə sahib çıxmağı, istehsal etməyi, ünsiyyəti, toxunaraq öyrənməyi öyrətməyi hədəfləyirik. Balabilgələrimizin araşdıran, mühakimə etməyi bacaran, analiz edən, kəşfə meyilli, özünəinamlı olmaları əsas məqsədimizdir. Bütün tətbiq etdiyimiz proqramlarda balabilgələrin fərdi xüsusiyyətləri və öyrənmə tərzləri diqqətə alınır. Balabilgələrimizin fiziki, elmi, sosial, sportiv, mədəni inkişafları diqqətlə izlənərək onlara uyğun proqramlar tətbiq edilir.