Axtarış
show all
School for those who aim high

EFMF – Elm Faydalılıq Mühəndislik Festivalı

Dec 26, 2022
EFMF – Elm Faydalılıq Mühəndislik Festivalı

EFMF ənənəvi olaraq ildə bir dəfə keçirilən, bacarıq, yaradıcılıq, əl istehsalının bir arada olduğu və balabilgələrin özlərinin hazırladıqları işlərin sərgiləndiyi Elm, Mühəndislik və Faydalılıq Festivalıdır.
Festival yarışma xarakteri daşımır, sadəcə olaraq Hədəf STEAM Liseyi müəllimlərinin balabilgələrlə keçirilən dərslər zamanı hazırladıqları layihə və layihələrin nümayiş etdirildiyi sərgidir. Festivalda da balabilgələr özləri və ya müəllimləri və valideynləri ilə birgə düzəltdikləri hər hansı layihəni təqdim edirlər.
Balabilgələr bu festival vasitəsilə araşdırmağa sövq edilir, araşdırdığı məhsulu ən sadə formada düzəltməyi öyrənir və sonda isə bunu ictimaiyyətə təqdim edir. Bizim uşaqlarda formalaşmasını istədiyimiz bacarıqlardan biri də elə ictimaiyyət qarşısında fikir sahibi olmaq və həmin fikri izah edəbilmə bacarığıdır ki, məhz bu festival-sərgi vasitəsilə həmin qabiliyyət və bacarıqlar üzə çıxır.
Hər ilin yanvar ayında balabilgələrə layihə hazırlamaq tapşırığı verilir ki, burada hər bir fənn müəllimi işə cəlb edilir. Bu bir növ hər bir balabilgə kimi, fənn müəlliminin də təqdimatıdır. Ona görə də balabilgələri istedadlarına əsasən onların müəllimləri yönləndirir, mövzular müəyyənləşdirilir və fevral ayında balabilgənin adı, müəllim rəhbəri və mövzunun adı olan siyahı Baş İdarəyə təqdim edilir. EFMF tədris ilinin sonunda iki filial birgə olaraq təşkil edilir.