Hədəf STEAM Liseyi və Nəsibə Aydın Məktəbləri arasında qardaş məktəb memorandumu imzalandı!
Bu əməkdaşlıq çərçivəsində iki təhsil qurumu arasında bilik və təcrübə mübadiləsi aparılacaq, birgə pedaqoji fəaliyyətlər həyata keçiriləcək. Görüş zamanı bir sıra mühüm qərarlar qəbul olunub.
Görüş çərçivəsində Hədəf STEAM Liseyi və Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan Nəsibə Aydın Məktəbləri arasında qardaş məktəb memorandumu imzalandı.
Memorandumun əsas məqsədi:
Hər iki məktəbin müəllim və şagirdlərinin bir-biri ilə təcrübə mübadiləsi aparması pedaqoji sahədə geniş əməkdaşlıqların qurulması birgə elmi və akademik layihələrin həyata keçirilməsi
Bununla yanaşı, Türk İnteqrasiya Olimpiadasında Nəsibə Aydın Məktəblərinin rəsmi tərəfdaş qismində iştirakı və üçüncü olimpiadanın 2026-cı ildə Ankarada Nəsibə Aydın Məktəblərində keçirilməsi razılaşdırıldı. Əməkdaşlıq çərçivəsində Prof. Dr. Levent Eraslan (SODİMER başkanı) və Mirkan Aydın (Nəsibə Aydın məktəblərinin sədr müavini) – “Təhsilin gələcəyi: Yeni bir çağın başlanğıcı” mövzusunda genişmiqyaslı görüş keçirildi. Tədbirdə təhsil sistemində baş verən dəyişikliklər, yeni çağın tələbləri və müəllimlərin bu dəyişikliklərə uyğunlaşma prosesi müzakirə olundu.
Təhsilin gələcəyini formalaşdıran əsas istiqamətlər və beynəlxalq təcrübələr haqqında geniş məlumat verildi.
Müasir dövrdə süni intellektin və rəqəmsal alətlərin tədrisdə istifadəsi və bunun pedaqoji prosesə təsirləri müzakirə edildi.
Müəllimlərin peşəkar inkişafı, innovativ pedaqoji yanaşmalar və şagird yönümlü tədris metodları haqqında fikir mübadiləsi aparıldı.
Türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlıq, vahid müfredat və müəllimlərin mübadilə proqramları barədə əhəmiyyətli müzakirələr aparıldı.
Eyni zamanda Hədəf STEAM Liseyinin Nəsimi korpusunda valideynlərlə də “Təhsildə korporativ mədəniyyət” mövzusunda təlim keçirildi. Bu görüş, məktəb-valideyn münasibətlərinin gücləndirilməsinə yönəlmiş əhəmiyyətli bir tədbir oldu.
Təhsildə korporativ mədəniyyətin rolu və əhəmiyyəti, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və təlimdə valideynlərin təhsil prosesində aktiv iştirakının şagirdlərin akademik və sosial inkişafına necə müsbət təsir etdiyi müzakirə edildi. Açıq ünsiyyətin və qarşılıqlı inamın, məktəb-müəllim-valideyn üçbucağında uğurun əsas amillərindən biri olduğu vurğulandı.
Təlimin sonunda valideynlər tərəfindən aktiv sual-cavab sessiyası keçirildi. Valideynlər xüsusilə aşağıdakı mövzulara dair suallar ünvanladılar.